Bakı Dövlət Universitetinin (BDU) biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Global, regional and national burden of chronic kidney disease, 1990–2017: a systematic analysis for the Global Burden of  Disease Study 2017” (“Xroniki Böyrək xəstəliyinin qlobal, regional və milli yükü, 1990-2017”: Qlobal xəstəlik yükünün tədqiqinin 2017-ci il üçün sistemli analizi”) adlı məqaləsi “The Lancet” - beynəlxalq tibb jurnalında dərc olunub.

 

“The Lancet” tibb sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnalları sırasında ikici yerdədir və impakt faktoru 59·102®-dir. (2018 Journal Citation Reports®, Clarivate Analytics 2019)

 

Məqalədə xroniki böyrək xəstəliyinin stres amili kimi qlobal sağlamlığa, ölüm hallarına və ürək-damar xəstəliyinə təsiri araşdırılıb.

 

Məqaləni oxumaq üçün https://www.thelancet.com/journals/lancet/article/fulltext linkinə keçid edə bilərsiniz.