Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Muğam Mərkəzi ilə “Gənc nəsil dəvət edir” layihəsi çərçivəsində Əməkdar artist, professor Gülşad Baxşıyevanın rəhbərliyi ilə IV kurs tələbələrinin ifasında Mirzə Fətəli Axundov “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub. Tamaşa Beyrək Rüstəmzadə (Vəzir), Sona Novruzova ( Şölə xanım, rəqqasə), Nərmin Hüseynova (Ziba xanım, rəqqasə), Şəfiqə Quliyeva (Nisə xanım, rəqqasə), Ağaəli Kərimzadə (Teymur ağa), Əbülfəz İskəndərov ( Xan), Novruz Şahverdiyev (Xacə Məsud, ərizəçi), Tərlan Əliyev ( Mehtər Kərim, ərizəçi), Orxan Məmmədov ( Hacı Salah, Rza), Elmin Qiyaslı (Səlim bəy, Nazir ağa Bəşir), Nurlan Novruzzadə (Səməd bəy),Müşfiq Məmmədov (Fərraş, ərizəçi), Məhbubə Quliyeva ( Ana, rəqqasə) və Dilarə Rzayevanın iştirakı ilə keçib (Rəqqasə).
Avtorizasiya