Qlobal bazarda universitetlər arasında rəqabət güclənir
Qlobal çağırışlar dövründə ali təhsil sistemi qarşısında duran ən mühüm vəzifələrdən biri əmək bazarının tələbatına uyğun yüksək ixtisaslı mütəxəssis hazırlığı ilə bağlıdır. Heç kimə sirr deyil ki, daha savadlı işçi qüvvəsi ölkənin sosial-iqtisadi inkişafına, bununla da dünya bazarında daha rəqabətə davamlı olmağa və öz növbəsində, ayrı-ayrı şəxslərin həyat şəraitini, firavanlığını və perspektivlərini yaxşılaşdırmağa kömək edə bilər.
Böyük Britaniyanın Times Higher Education (THE) nəşrinin fəal inkişaf edən iqtisadiyyata malik ölkələrin universitetlərinin növbəti reytinqi (Emerging Economies University Rankings) qlobal bazarda universitetlər arasında mübarizənin güclənməsi tendensiyalarından xəbər verir. Reytinq FTSE (Financial Times Stock Exchange) təsnifatı əsasında iqtisadiyyatı inkişaf edən ölkələr kimi təsnif edilmiş dövlətləri əhatə edir.
Reytinq siyahısında 47 dövlətdən 533 universitet (ötən il - 43 ölkədən 450 universitet) yer alıb. Ali məktəblərin sayı üzrə reytinqə 81 universitetlə Çin liderlik edir, sonra Hindistan (56 ali məktəb) və Braziliya (46 ali məktəb) gəlir.
Reytinqin ilk 5-liyində Çinin 4 ali məktəbi yer alıb. Çin universitetlərinin bu cür aktivliyi ekspertlər tərəfindən maraqla izlənilir. Nəşrin baş redaktoru Fil Beyti: "Reytinqdə Çinin mövqeyi onun dünya ali təhsil arenasında sürətli inkişafını göstərir. Biz Çinin yaxın illərdə qlobal miqyasda dünya səviyyəli ali təhsili təqdim etməkdə davamlı səylərini gözləyirik".
Rusiya sıralamada 39 universitetlə təmsil olunur, bu da ötən ildəkindən dörd dəfə çoxdur. Onların arasında liderlik M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə məxsusdur. Tədqiqatın nəticələrini şərh edən MDU-nun rektoru, akademik V.A.Sadovniçi qeyd edib ki, rəhbəri olduğu təhsil müəssisəsi ənənəvi olaraq ali məktəblərin beynəlxalq reytinqlərində yüksək göstəricilər nümayiş etdirir. Rektor diqqəti ona yönəldib ki, iqtisadiyyatı fəal inkişaf edən ölkələrin ali məktəblərinin reytinq sıralamasında MDU üçün ən əhəmiyyətli göstəricilər- təhsil komponenti, elmi-tədqiqat fəaliyyəti, biliklərin transferi, eləcə də beynəlxalq əməkdaşlıq nəzərə alınır. Bu meyarların hər birinə görə MDU ildən-ilə öz mövqelərini gücləndirir və bu, həm MDU-nun əməkdaşları, həm də ali məktəbin tələbələri üçün xüsusilə əhəmiyyətlidir. V.Sadovniçi beynəlxalq reytinqlərdə iştirakın məqsəd olmadığını, lakin ali məktəbin inkişaf dinamikasını obyektiv izləməyə, iqtisadi və sosial xarakterli aktual çağırışlara operativ reaksiya verməyə imkan verən alət olduğunu vurğulayıb.
THE nəşrinin baş redaktoru Fil Beyti isə MDU-nun, eləcə də Rusiya ali məktəblərinin reytinqdəki fəallığını şərh edərkən "Rəqabətin daim artdığı qlobal bazar üçün bu, kifayət qədər təsirli nailiyyətdir", - deyib.
Reytinqin tərtib edilməsi metodologiyası tədris və təhsil mühiti, elmi işin intensivliyi, əməkdaşların elmi məqalələrindən sitatgətirilmə, müəllim və tələbələrin beynəlxalq akademik mobillik səviyyəsinə yönəlmiş 13 indikatora əsaslanır. Tədqiqat müəllifləri qeyd edirlər ki, nəticələrin obyektivliyi universitetlərin ekspertlərin sorğusu əsasında təqdim etdikləri məlumatların keyfiyyətinin açıq mənbələrdən əldə olunmuş informasiyanın keyfiyyəti ilə uzlaşması hesabına təmin edilir.
Reytinq |
Ali məktəbin adı |
Ölkə |
Tələbələrin ümumi sayı |
Tələbə -müəllim nisbəti |
Əcnəbi tələbə sayı |
Qadın-kişi nisbəti |
1 |
Çin |
38783 |
12.0 |
11% |
34 : 66 |
|
2 |
Çin |
39575 |
11.5 |
15% |
46 : 54 |
|
3 |
Çin |
33427 |
10.7 |
22% |
23 : 77 |
|
4 |
Çin |
16245 |
7.7 |
4% |
əks olunmayıb |
|
5 |
Lomonosov Moscow State University |
Rusiya |
29235 |
7.3 |
29% |
48 : 52 |
6 |
Shanghai Jiao Tong University |
Çin |
38853 |
11.1 |
13% |
44 : 56 |
7 |
Fudan University |
Çin |
32537 |
11.2 |
12% |
53 : 47 |
8 |
National Taiwan University |
Tayvan |
27254 |
11.1 |
11% |
40 : 60 |
9 |
Nanjing University |
Çin |
34569 |
15.5 |
10% |
44 : 56 |
10 |
University of Cape Town |
Cənubi Afrika Respublikası |
21812 |
11.9 |
17% |
53 : 47 |
11 |
University of the Witwatersrand |
Cənubi Afrika Respublikası |
28521 |
26.3 |
8% |
56 : 44 |
12 |
Moscow Institute of Physics and Technology |
Rusiya |
5716 |
11.2 |
15% |
24 : 76 |
13 |
King Abdulaziz University |
Səudiyyə Ərəbistanı |
32853 |
7.9 |
21% |
54 : 46 |
14 |
University of São Paulo |
Braziliya |
83214 |
15.9 |
4% |
48 : 52 |
15 |
Khalifa University |
Birləşmiş Ərəb Əmirliyi |
3651 |
9.5 |
26% |
55 : 45 |
16 |
Indian Institute of Science |
Hindistan |
4128 |
9.6 |
1% |
23 : 77 |
17 |
Huazhong University of Science and Technology |
Çin |
56379 |
16.5 |
5% |
36 : 64 |
18 |
HSE University |
Rusiya |
22111 |
13.1 |
9% |
əks olunmayıb |
19 |
Wuhan University |
Çin |
52502 |
14.6 |
7% |
əks olunmayıb |
20 |
Alfaisal University |
Səudiyyə Ərəbistanı |
2566 |
10.4 |
34% |
60 : 40 |
21 |
Tongji University |
Çin |
35690 |
13.1 |
13% |
45 : 55 |
22 |
University of Malaya |
Malayziya |
15140 |
8.0 |
20% |
63 : 37 |
23 |
Sun Yat-sen University |
Çin |
53603 |
16.6 |
9% |
51 : 49 |
=24 |
Beijing Normal University |
Çin |
23524 |
15.4 |
11% |
əks olunmayıb |
=24 |
Stellenbosch University |
Cənubi Afrika Respublikası |
24308 |
26.1 |
8% |
55 : 45 |
26 |
Harbin Institute of Technology |
Çin |
29603 |
9.9 |
12% |
32 : 68 |
27 |
National Research Nuclear University MEPhI |
Rusiya |
6489 |
10.8 |
24% |
31 : 69 |
28 |
Taipei Medical University |
Tayvan |
5973 |
10.2 |
10% |
57 : 43 |
29 |
National Tsing Hua University |
Tayvan |
14853 |
18.0 |
10% |
42 : 58 |
30 |
Southern University of Science and Technology |
Çin |
3198 |
9.5 |
0% |
27 : 73 |
31 |
United Arab Emirates University |
Birləşmiş Ərəb Əmirlikləri |
7523 |
9.2 |
21% |
83 : 17 |
32 |
Indian Institute of Technology Kharagpur |
Hindistan |
9167 |
12.3 |
0% |
18 : 82 |
33 |
University of Iceland |
İslandiya |
8135 |
13.9 |
12% |
67 : 33 |
34 |
Indian Institute of Technology Bombay |
Hindistan |
10267 |
16.1 |
1% |
19 : 81 |
35 |
ITMO University |
Rusiya |
10206 |
13.1 |
16% |
37 : 63 |
=36 |
Central South University |
Çin |
51546 |
18.4 |
2% |
əks olunmayıb |
=36 |
University of Tartu |
Estoniya |
8532 |
11.6 |
8% |
68 : 32 |
=38 |
Indian Institute of Technology Delhi |
Hindistan |
7284 |
14.8 |
1% |
20 : 80 |
=38 |
Qatar University |
Qətər |
15585 |
17.3 |
38% |
76 : 24 |
40 |
Sabancı University |
Türkiyə |
3605 |
21.5 |
9% |
37 : 63 |
41 |
King Saud University |
Səudiyyə Ərəbistanı |
38971 |
10.4 |
10% |
59 : 41 |
42 |
National Chiao Tung University |
Tayvan |
12017 |
16.7 |
12% |
30 : 70 |
43 |
Tianjin University |
Çin |
34780 |
14.0 |
6% |
əks olunmayıb |
44 |
Cyprus University of Technology |
Kipr |
3228 |
17.4 |
8% |
54 : 46 |
45 |
National Cheng Kung University |
Tayvan |
20663 |
13.7 |
13% |
37 : 63 |
46 |
Nankai University |
Çin |
28061 |
13.3 |
7% |
əks olunmayıb |
=47 |
University of Cyprus |
Kipr |
6635 |
22.0 |
11% |
66 : 34 |
=47 |
Reykjavík University |
İslandiya |
2879 |
24.9 |
8% |
41 : 59 |
=49 |
South China University of Technology |
Çin |
41139 |
13.9 |
5% |
38 : 62 |
=49 |
Southeast University |
Çin |
32951 |
11.6 |
5% |
40 : 60 |
51 |
Beihang University |
Çin |
29952 |
13.7 |
6% |
əks olunmayıb |
=52 |
National Taiwan University of Science and Technology |
Tayvan |
8340 |
19.5 |
15% |
30 : 70 |
=52 |
Tomsk State University |
Rusiya |
7655 |
11.9 |
29% |
əks olunmayıb |
54 |
University of KwaZulu-Natal |
Cənubi Afrika |
36660 |
29.2 |
4% |
58 : 42 |
=55 |
University of Campinas |
Braziliya |
28795 |
15.1 |
3% |
47 : 53 |
=55 |
Koç University |
Türkiyə |
5381 |
15.6 |
6% |
51 : 49 |
57 |
China Medical University, Taiwan |
Tayvan |
7603 |
16.5 |
8% |
54 : 46 |
58 |
Indian Institute of Technology Roorkee |
Hindistan |
7561 |
16.4 |
2% |
16 : 84 |
=59 |
University of Crete |
Yunanıstan |
13321 |
23.4 |
4% |
62 : 38 |
=59 |
National Taiwan Normal University |
Tayvan |
10789 |
12.1 |
24% |
əks olunmayıb |
61 |
Indian Institute of Technology Indore |
Hindistan |
1128 |
9.7 |
0% |
17 : 83 |
62 |
Xi’an Jiaotong University |
Çin |
36557 |
12.5 |
6% |
32 : 68 |
=63 |
Indian Institute of Technology Madras |
Hindistan |
9241 |
15.6 |
1% |
20 : 80 |
=63 |
Indian Institute of Technology Ropar |
Hindistan |
1119 |
7.6 |
0% |
13 : 87 |
=63 |
Jordan University of Science and Technology |
İordaniya |
21512 |
13.4 |
17% |
58 : 42 |
=66 |
Beijing Institute of Technology |
Çin |
30608 |
13.3 |
8% |
35 : 65 |
=66 |
Charles University in Prague |
Çexiya |
48623 |
12.7 |
18% |
62 : 38 |
=66 |
King Fahd University of Petroleum and Minerals |
Səudiyyə Ərəbistanı |
6882 |
6.8 |
13% |
0 : 100 |
=66 |
Pontifical Catholic University of Chile |
Çili |
28541 |
15.0 |
7% |
əks olunmayıb |
=70 |
University of the Philippines |
Filippin |
39877 |
8.4 |
1% |
58 : 42 |
=70 |
Semmelweis University |
Macarıstan |
10996 |
9.8 |
31% |
68 : 32 |
72 |
St Petersburg Polytechnic University |
Rusiya |
18251 |
9.0 |
28% |
39 : 61 |
=73 |
Institute of Chemical Technology |
Hindistan |
2146 |
18.2 |
0% |
34 : 66 |
=73 |
Renmin University of China |
Çin |
25590 |
12.5 |
6% |
əks olunmayıb |
=75 |
Bilkent University |
Türkiyə |
10374 |
14.5 |
9% |
46 : 54 |
=75 |
East China Normal University |
Çin |
25747 |
11.5 |
17% |
65 : 35 |
77 |
Indian Institute of Technology Kanpur |
Hindistan |
6860 |
13.6 |
0% |
14 : 86 |
78 |
Universiti Teknologi Petronas |
Malayziya |
6212 |
15.9 |
17% |
34 : 66 |
=79 |
Hunan University |
Çin |
40715 |
20.4 |
2% |
46 : 54 |
=79 |
Mahidol University |
Tayland |
28476 |
10.2 |
4% |
49 : 51 |
=79 |
Northwestern Polytechnical University |
Çin |
28432 |
13.9 |
4% |
26 : 74 |
=82 |
National and Kapodistrian University of Athens |
Yunanıstan |
57697 |
28.4 |
10% |
62 : 38 |
=82 |
Novosibirsk State University |
Rusiya |
7123 |
6.2 |
20% |
əks olunmayıb |
84 |
Shenzhen University |
Çin |
35171 |
15.5 |
1% |
48 : 52 |
85 |
Quaid-i-Azam University |
Pakistan |
14694 |
24.8 |
1% |
57 : 43 |
86 |
Shandong University |
Çin |
45767 |
14.6 |
7% |
əks olunmayıb |
87 |
Cankaya University |
Türkiyə |
9164 |
28.4 |
2% |
45 : 55 |
88 |
Pontifical Catholic University of Rio de Janeiro |
Braziliya |
15581 |
21.9 |
5% |
51 : 49 |
89 |
National University of Science and Technology |
Rusiya |
7090 |
11.3 |
26% |
41 : 59 |
90 |
Amrita Vishwa Vidyapeetham |
Hindistan |
14689 |
11.9 |
12% |
əks olunmayıb |
=91 |
Covenant University |
Nigeriya |
8768 |
15.7 |
0% |
43 : 57 |
=91 |
National Yang-Ming University |
Tayvan |
4258 |
5.1 |
2% |
48 : 52 |
=91 |
University of Peradeniya |
Şri-Lanka |
17482 |
10.8 |
1% |
61 : 39 |
=94 |
University of Desarrollo |
Çili |
15384 |
19.0 |
4% |
56 : 44 |
=94 |
Diego Portales University |
Çili |
17287 |
14.9 |
2% |
49 : 51 |
=94 |
King Saud bin Abdulaziz University for Health Sciences |
Səudiyyə Ərəbistanı |
11708 |
6.9 |
1% |
52 : 48 |
=97 |
Pontifical Javeriana University |
Kolumbiya |
30048 |
15.4 |
1% |
55 : 45 |
=97 |
Xiamen University |
Çin |
40841 |
14.6 |
4% |
47 : 53 |
99 |
University of Electronic Science and Technology of China |
Çin |
33242 |
16.4 |
4% |
31 : 69 |
=100 |
Istanbul Technical University |
Türkiyə |
34825 |
23.0 |
4% |
34 : 66 |
Oruc MUSTAFAYEV