|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Layihə
Azərbaycan Respublikasının təlim digər dillərdə olan ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni kurikulumu (V-XI siniflər)
Təhsil pillələri üzrə təlim nəticələri
Əsas təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri
1. Dinləyib-anlama Şagird: * dinlədiyi söz, ifadə, cümlə və mətnin mənasını anladığını nümayiş etdirir; * dinlədiyi fikirlərlə bağlı mühakimələr yürüdür.
2. Danışma Şagird: * nitqində düzgün tələffüz qaydalarına əməl edir; * nitqində müxtəlif yardımçı vasitələrdən (uyğun səs tonu, jest, mimika, nitq etiketləri) istifadə edir; * fikirlərini nitqin müxtəlif formalarında (monoloji, dialoji) ardıcıl ifadə edir.
3. Oxu Şagird: * mətndəki söz və ifadələrin kontekstə uyğun mənalarını izah edir; * elmi-kütləvi və bədii mətnləri düzgün və ifadəli oxuyur; * elmi-kütləvi və bədii mətnləri məzmun və strukturuna görə təhlil edir.
4. Yazı Şagird: * mənbələrdən istifadə etməklə müxtəlif formalı (inşa, esse, hekayə) rabitəli mətnlər yazır; * özünün və başqasının yazısını təkmilləşdirir; * yazısında orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarını tətbiq edir; * əməli yazılar (elan, məktub, teleqram, izahat, ərizə, tərcümeyi-hal, arayış, protokol, hesabat, akt) yazır.
Orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri
1. Dinləyib-anlama Şagird: * müxtəlif janr və üslublarda olan mətnlərə münasibət bildirir; * dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır.
2. Danışma Şagird: * fikirlərini sərbəst ifadə edir; * yardımçı nitq vasitələrindən istifadə etməklə fikirlərini əsaslandırır; * fikirlərini əsaslandırmaqla müxtəlif tipli mətnlər qurur, təqdimatlar hazırlayır.
3. Oxu Şagird: * mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir; * üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur; * mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.
4. Yazı Şagird: * üslubi xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır; * üslubi xüsusiyyətləri nəzərə almaqla mətni təkmilləşdirir; * yazısında düzgün yazı qaydalarına əməl edir; * müxtəlif mənbələrdən istifadə edərək çıxışlar, təqdimatlar hazırlayır; * əməli yazılar (rəy, məruzə, referat, təqdimat) yazır.
Siniflər üzrə məzmun standartları
V SİNİF
V sinfin sonunda şagird: * dinlədiyi mətndəki əsas fikri müəyyənləşdirir; * nitq prosesində danışıq səslərini düzgün tələffüz edir, jest və mimikalardan məqsədəuyğun istifadə edir; * deyəcəyi əsas fikri müəyyənləşdirir və mülahizələrini bildirir; * mətndə tanış olmadığı sözlərin mənasını lüğətlərdən istifadə etməklə müəyyənləşdirir, orfoepik qaydalara uyğun oxuyur; * mətndəki əsas fikrə uyğun fakt və hadisələri müəyyənləşdirir; * müxtəlif yazı formalarını (inşa, esse, hekayə) fərqləndirir; * sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına, cümlənin sonunda və dialoqlarda durğu işarələri qaydalarına əməl edir; * müxtəlif əməli yazılar (elan, məktub) yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 1.1.1. Suallara cavab verir. 1.1.2. Dinlədiyi mətndəki əsas fikri müəyyənləşdirir.
2. Danışma Şagird: 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 2.1.1. Nitq prosesində sait və samitləri düzgün tələffüz edir. 2.1.2. Nitq prosesində jest və mimikalardan istifadə edir. 2.1.3. Müzakirə olunan mövzu ilə bağlı mülahizələrini bildirir. 2.1.4. Deyəcəyi əsas fikri müəyyənləşdirir.
3. Oxu Şagird: 3.1. Mətni mənimsədiyini nümayiş etdirir. 3.1.1. Mətndə tanış olmadığı sözlərin mənasını lüğətlərdən istifadə etməklə müəyyənləşdirir. 3.1.2. Mətndəki sözləri orfoepik qaydalara uyğun oxuyur. 3.1.3. Mətndəki əsas fikrə uyğun fakt və hadisələri müəyyənləşdirir.
4. Yazı Şagird: 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 4.1.1. Müxtəlif yazı formalarını (inşa, esse, hekayə) fərqləndirir. 4.1.2. Topladığı fakt və məlumatlara əsasən plan tərtib edir. 4.1.3. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına, cümlənin sonunda və dialoqlarda durğu işarələri qaydalarına əməl edir. 4.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.
VI SİNİF
VI sinfin sonunda şagird: * dinlədiyi mətndəki əsas fakt və hadisələri seçir; * nitq prosesində sözləri düzgün vurğu ilə tələffüz edir, nitqində ritm və tempdən məqsədəuyğun istifadə edir; * fikirlərini əlavə fakt və hadisələrlə əsaslandırır və mətnin hissələrinə müvafiq qruplaşdırır; * mətndəki əsas nitq hissələrini qrammatik mənasına görə izah edir; * mətndəki sözləri düzgün vurğu ilə oxuyur; * mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) müəyyənləşdirir; * mövzuya uyğun yazı forması (inşa, esse, hekayə) seçir və mətnin hissələri arasında əlaqələri müəyyənləşdirir; * əsas nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir; * müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 1.1.1. Dinlədiyi fikirləri dəqiqləşdirmək məqsədilə suallar verir. 1.1.2. Dinlədiyi mətndəki əsas fakt və hadisələri seçir.
2. Danışma Şagird: 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 2.1.1. Nitq prosesində sözləri düzgün vurğu ilə tələffüz edir. 2.1.2. Nitqində ritm və tempdən istifadə edir. 2.1.3. Fikirlərini əlavə fakt və hadisələrlə əsaslandırır. 2.1.4. Fikirlərini mətnin hissələrinə müvafiq qruplaşdırır.
3. Oxu Şagird: 3.1. Mətni mənimsədiyini nümayiş etdirir. 3.1.1. Mətndəki əsas nitq hissələrini qrammatik mənasına görə izah edir. 3.1.2. Mətndəki sözləri düzgün vurğu ilə oxuyur. 3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) müəyyənləşdirir.
4. Yazı Şagird: 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 4.1.1. Mövzuya uyğun yazı forması (inşa, esse, hekayə) seçir. 4.1.2. Mətnin hissələri arasında əlaqələri müəyyənləşdirir. 4.1.3. Əsas nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir. 4.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.
VII SİNİF
VII sinfin sonunda şagird: * dinlədiyi mətnin hissələrini müəyyənləşdirir; * ahəng qanununa uyğun şəkilçi variantı seçməklə sözləri düzgün tələffüz edir; * nitqini uyğun səs tonu ilə tənzimləyir; * müvafiq nümunələrdən mətnin hissələrinə uyğun istifadə edir; * mətndəki əsas və köməkçi nitq hissələrini qrammatik mənasına görə izah edir; * mətndəki cümlələr və abzaslar arasındakı əlaqələri müəyyənləşdirir, səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur; * nümunələrdən istifadə etməklə fikirlərini əsaslandırır; * nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir; * müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 1.1.1. Dinlədiyi mətnin hissələrini müəyyənləşdirir. 1.1.2. Dinlədiyi mətndə əsas fakt və hadisələri qruplaşdırır.
2. Danışma Şagird: 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 2.1.1. Ahəng qanununa uyğun şəkilçi variantı seçməklə sözləri düzgün tələffüz edir. 2.1.2. Nitqini uyğun səs tonu ilə tənzimləyir. 2.1.3. Müzakirədə deyilən müxtəlif fikirlərə münasibət bildirir. 2.1.4. Müvafiq nümunələrdən mətnin hissələrinə uyğun istifadə edir.
3. Oxu Şagird: 3.1. Mətni mənimsədiyini nümayiş etdirir. 3.1.1. Mətndəki əsas və köməkçi nitq hissələrini qrammatik mənasına görə izah edir. 3.1.2. Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur. 3.1.3. Mətndəki cümlələr və abzaslar arasındakı əlaqələri müəyyənləşdirir.
4. Yazı Şagird: 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 4.1.1. Nümunələrdən istifadə etməklə fikirlərini əsaslandırır. 4.1.2. Cümlələr və abzaslar arasında əlaqələri gözləməklə mətn yazır. 4.1.3. Nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir. 4.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır.
VIII SİNİF
VIII sinfin sonunda şagird: * dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirir; * söz birləşməsi və sadə cümlələri qrammatik normalara uyğun tələffüz edir, nitqində məntiqi vurğudan düzgün istifadə edir; * müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim edir, mətnin hissələri arasında əlaqələri gözləməklə danışır; * mətndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə dəqiqləşdirir; * oxuduğu mətndəki əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan istifadə edir; * seçdiyi nümunələrlə yazısını zənginləşdirir; * həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələri qaydalarına əməl edir; * müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 1.1.1. Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirir. 1.1.2. Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
2. Danışma Şagird: 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 2.1.1. Söz birləşməsi və sadə cümlələri qrammatik normalara uyğun tələffüz edir. 2.1.2. Nitqində məntiqi vurğudan düzgün istifadə edir. 2.1.3. Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim edir. 2.1.4. Mətnin hissələri arasında əlaqələri gözləməklə danışır.
3. Oxu Şagird: 3.1. Mətni mənimsədiyini nümayiş etdirir. 3.1.1. Mətndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə dəqiqləşdirir. 3.1.2. Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan istifadə edir. 3.1.3. Mətndəki fikirlərə münasibət bildirir.
4. Yazı Şagird: 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 4.1.1. Topladığı fakt və məlumatlara münasibətini bildirir. 4.1.2. Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələri qaydalarına əməl edir. 4.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
IX SİNİF
IX sinfin sonunda şagird: * dinlədiyi mətnin məzmununu şərh edir, fikirlərlə bağlı mühakimə yürüdür; * mürəkkəb cümlələri qrammatik normalara uyğun tələffüz edir; * nitq etiketlərindən məqamında istifadə edir; * müzakirədəki ümumiləşmiş fikirlərə münasibətini bildirir, fikirlərini məntiqi ardıcıllıqla ifadə edir; * mətndəki söz və ifadələrin kontekstə uyğun mənasını izah edir, məqsəd və intonasiyaya görə cümlələri düzgün oxuyur; * mətndəki fikirlərə münasibətini əlavə fakt və nümunələrlə əsaslandırır; * mənbələrdən istifadə etməklə rabitəli mətnlər yazır, özünün və başqasının yazısını təkmilləşdirir; * mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir; * müxtəlif əməli yazılar (hesabat, akt) yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 1.1.1. Dinlədiyi mətnin məzmununu şərh edir. 1.1.2. Dinlədiyi mətndəki fikirlərlə bağlı mühakimə yürüdür.
2. Danışma Şagird: 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 2.1.1. Mürəkkəb cümlələri qrammatik normalara uyğun tələffüz edir. 2.1.2. Nitq etiketlərindən məqamında istifadə edir. 2.1.3. Müzakirədəki ümumiləşmiş fikirlərə münasibətini bildirir. 2.1.4. Fikirlərini məntiqi ardıcıllıqla ifadə edir.
3. Oxu Şagird: 3.1. Mətni mənimsədiyini nümayiş etdirir. 3.1.1. Mətndəki söz və ifadələrin kontekstə uyğun mənasını izah edir. 3.1.2. Məqsəd və intonasiyaya görə cümlələri düzgün oxuyur. 3.1.3. Mətndəki fikirlərə münasibətini əlavə fakt və nümunələrlə əsaslandırır.
4. Yazı Şagird: 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 4.1.1. Mənbələrdən istifadə etməklə rabitəli mətnlər yazır. 4.1.2. Məntiqi ardıcıllığı gözləməklə özünün və başqasının yazısını təkmilləşdirir. 4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir. 4.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.
X SİNİF
X sinfin sonunda şagird: * KİV-dən dinlədiyi mətnləri şərh edir, fikirləri real həyatla müqayisə edir; * nitqində dil vahidlərindən, yardımçı vasitələrdən (atalar sözü, məsəllər və sitatlar) məqsədyönlü istifadə edir; * fikirlərini müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlərlə ifadə edir; * oxuduğu mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə, mətnləri üslubuna görə fərqləndirir; * müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır və təkmilləşdirir; * mətnin tərtibat formasına uyğun yazılış və durğu işarələri qaydalarına əməl edir; * müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 1.1.1. KİV-dən dinlədiyi mətnləri şərh edir. 1.1.2. Dinlədiyi mətndəki fikirləri real həyatla müqayisə edir.
2. Danışma Şagird: 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 2.1.1. Nitqində dil vahidlərindən məqsədyönlü istifadə edir. 2.1.2. Nitqini zənginləşdirmək məqsədilə atalar sözü, məsəllər və sitatlardan istifadə edir. 2.1.3. Müxtəlif mövqeli fikirləri real hadisələrlə müqayisə edir. 2.1.4. Fikirlərini müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlərlə ifadə edir.
3. Oxu Şagird: 3.1. Mətni mənimsədiyini nümayiş etdirir. 3.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir. 3.1.2. Oxuduğu mətnləri üslubuna görə fərqləndirir. 3.1.3. Oxuduğu mətnin tipini (nəqli, təsviri, mühakimə) müəyyənləşdirir.
4. Yazı Şagird: 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 4.1.1. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır. 4.1.2. Mətni tipinə (nəqli, təsviri, mühakimə) uyğun olaraq təkmilləşdirir. 4.1.3. Mətnin tərtibat formasına uyğun yazılış və durğu işarələri qaydalarına əməl edir. 4.1.4. Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.
XI SİNİF
XI sinfin sonunda şagird: * müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir, mühakimələrini əlavə fakt və nümunələrlə əsaslandırır; * mənbələrə istinad etməklə əsaslandırılmış müxtəlif tipli mətnlər qurur, fikirlərini sərbəst ifadə edir; * üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur; * mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir; * müxtəlif üslublarda mətnlər yazır və təkmilləşdirir; * üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durğu işarələri qaydalarına əməl edir; * müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 1.1.1. Müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir. 1.1.2. Dinlədiyi mətndəki fikirlərlə bağlı mühakimələrini əlavə fakt və nümunələrlə əsaslandırır.
2. Danışma Şagird: 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 2.1.1. Fikirlərini sərbəst ifadə edir. 2.1.2. Yardımçı vasitələrdən istifadə etməklə əsaslandırılmış nitq qurur. 2.1.3. Müxtəlif mənbələrə istinad etməklə əsaslandırılmış təqdimatlar hazırlayır. 2.1.4. Fikirlərini əsaslandırmaqla müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər qurur.
3. Oxu Şagird: 3.1. Mətni mənimsədiyini nümayiş etdirir. 3.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir. 3.1.2. üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur. 3.1.3. Mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.
4. Yazı Şagird: 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 4.1.1. Müxtəlif üslublu mətnlər yazır. 4.1.2. üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni təkmilləşdirir. 4.1.3. üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durğu işarələri qaydalarına əməl edir. 4.1.4. Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.
(ardı var) |