|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ən yeni məktəblərimiz Sabunçu rayonunun eyni adlı qəsəbəsində 311 nömrəli orta məktəb cari ilin sentyabrında istifadəyə verilib. Təhsil Nazirliyi tərəfindən inşa edilən 870 şagird yerlik 3 korpusdan ibarət olan məktəb 3 mərtəbəlidir. Təhsil ocağında 46 sinif otağı, 3 fənn kabineti, akt, idman, kompüter zalları, kitabxana, laboratoriyalar və yeməkxana vardır. Burada lazımi avadanlıqlarla təmin olunmuş istilik sistemi də quraşdırılıb.
Məktəb
laboratoriyalarında vəziyyət necədir? Bakının ümumtəhsil
məktəblərində fizika, kimya, biologiya fənn
laboratoriyalarının təchizi və onlardan istifadə
vəziyyətini öyrənmək məqsədilə bir neçə
təhsil müəssisəsində olduq. Yasamal
rayonundakı 199 nömrəli orta məktəbin direktor
əvəzi M.Əliyevanın müşayiəti ilə
fizika laboratoriyasına baş çəkdik. Fizika müəllimləri N.İbrahimova və
B.Nuriyevanın dediklərindən məlum oldu ki, 1983-cü
ildən bu təhsil müəssisəsinə heç bir
laboratoriya avadanlıqları alınmayıb. Laboratoriya
və fənn kabinetində saxlanılan 120-dən çox
əyani vəsaitin əksəriyyəti yararsız
vəziyyətdədir. Kinoproyektor, ştativlər,
pinometr, ampermetr, voltmetr və digər texniki
vasitələrə böyük ehtiyac var. Müəllimlər
laboratoriyadakı avadanlıqların bir neçəsindən
dərslərdə şagirdlərdə ümumi
təsəvvür yaratmaq üçün istifadə etdiklərini
dedilər. Qalanlarının isə sınıq-salxaq olduğu
üçün təmirə ehtiyacı var. N.İbrahimova qeyd etdi
ki, bu yaxınlarda bir neçə fənn, o cümlədən
fizika üzrə elektron dərsliklər almışıq. çalışacağıq
ki, onlardan lazımınca yararlanaq. Arzu edirik ki, müasir
tələbata cavab verən laboratoriyamız olsun. Kimya
laboratoriyasında da (fənn müəllimi N.Hüseynovadır)
təxminən eyni vəziyyət idi. Metal oksidlər,
məhlullar, turşu oksidi, duzlar, ştativlər və
digər lazımi ləvazimatlara böyük ehtiyac var. Laborantlarla görüşə bilmədik
(məktəbdə deyildilər), biologiya müəlliminin
isə dərsi yox idi. O da məlum oldu ki, məktəbin qızdırılması
vəziyyəti yarıtmazdır. Təhsil müəssisəsinin
ərazisində müasir standartlara uyğun yeni qazanxana
tikilsə də, xırda texniki nasazlıq üzündən
istilik sistemi iflic vəziyyətdədir. Məktəbin
təsərrüfat işləri üzrə direktor müavini Cavanşir
Quliyevin məlumatına görə, qazanxana 1 aydır
istifadəyə verilib. Onun istismarına
"Azəristiliktəchizat" ASC-nin 8 nömrəli istilik
sistemləri istismar sahəsi cavabdehdir.
Dəfələrlə müraciət etsək də,
nəticəsi olmayıb. Səbail rayonundakı Osman Mirzəyev adına
190 nömrəli orta məktəbin direktoru Afət Bakıxanova
fənn laboratoriyaları və alınan elektron
dərsliklər haqqında ümumi məlumat verdi. öncə
fizika kabinetinə daxil olduq. Fənn kabinetinin müdiri, fizika müəllimi
Fizzə Süleymanova 8-ci sinifdə "Daxili enerjinin dəyişmə
üsulları" mövzusunda dərs keçirdi. Kabinetin
tərtibatı və səliqə-sahmanı yerində
idi. Şagirdlər məktəbli formasında idilər.
Laborant Mehriban İsmayılova da dərsdə iştirak
edirdi. Laboratoriyada avadanlıqlar səliqə ilə şkaflara
yığılmışdı. F.Süleymanova məlumat verdi ki, burada
200-dən çox texniki vasitə var, onların təxminən
yarısı işlək vəziyyətində deyil,
qalanları müəyyən təcrübə aparmaq üçün
yararlıdır. Reostatlar, bəzi mühərriklər,
voltmetr, ampermetr, çəki cihazlarından müntəzəm
istifadə olunur. Uzun müddətdir ki, laboratoriyalar üçün
texniki vasitələr alınmır. Laboratoriya işləri
normal səviyyədə olmasa da, çalışırıq
ki, daxili imkanlardan istifadə edək. Laborant Mehriban İsmayılova müvafiq avadanlıqların
köməyi ilə praktik təcrübə apardı. Biologiya müəllimi Zülfiyyə Muradovanın
laboratoriyasına baş çəkdik. Laborant Səadət
İbrahimova da yerində idi. Buradakı 200-dən çox
əyani vəsait, onlardan insan əzələləri
maketi, ürəyin modeli, bitkilər, ayrı-ayrı orqanlar,
qurudulmuş həşəratlar, insanın və cücənin
skeletləri və s. nisbətən yaxşı
vəziyyətdə idi. Biologiya alimlərinin çərçivədəki
portretləri, tablolar, müxtəlif yazılar, əyani
vəsaitlərin saxlanılması üçün şkaflar köhnə
idi. Zülfiyyə müəllim qeyd etdi ki, bəzi xırda
şeyləri öz vəsaitimizlə almışıq, bu işdə
çatışmazlıqlar çoxdur. Müasir tələbata cavab
verən laboratoriyaya böyük ehtiyac var. Kimya kabineti və laboratoriyasında
vəziyyət normal idi. Əməkdar müəllim Şəfiqə
Əliyevanın xidməti sayəsində laboratoriyada
təcrübə aparmaq üçün bütün avadanlıqlar,
məhlullar yerində idi. Bu təhsil müəssisəsindən
Azərbaycan Tibb Universitetinə daxil olanların sayı
kimyanın tədrisi haqqında təsəvvür yaradır.
Laborant Mərcan Məmmədhəsənova VIII sinif şagirdləri
üçün "Oksidlərin alınması və
xassələri" mövzusuna aid praktik iş aparırdı.
Nəsimi rayonundakı 292 nömrəli
təhsil müəssisəsinin direktoru Təranə Qasımovanın
məlumatına görə, məktəbdə ancaq fizika
laboratoriyası var. Bu məktəbin 1996-cı ildən
fəaliyyət göstərdiyini qeyd edən direktor ümumiyyətlə
tədris ocağının bazasında əyani
vəsaitin, texniki avadanlıqların olmadığını
bildirdi. 2002-ci ildə 23 nömrəli məktəb əsaslı
təmir olunanda onun bazasında olan bəzi avadanlıqlar
bura gətirilib. Fizika müəllimləri Sədaqət
Məmmədova və Məlahət Dəmirova
bildirdilər ki, 14 adda 44 əyani vəsaitin demək olar
çoxu yararsız vəziyyətdədir. Fizika üçün 2
hissədən ibarət mexanika və molekulyar elektron
dərsliklər alınıb, lakin bu da yetərincə
deyil. Avadanlıqlar baha qiymətə olduğu üçün onların
alınması çətindir. Dərslərdə ümumi
təsəvvür yaratmaq üçün imkan daxilində bəzi
plakatları, texniki vasitələri özümüz düzəldirik.
Şagird əyani vəsaitlərdən lazımınca
bəhrələnə bilmirsə, təhsilin tam
keyfiyyətindən danışmağa dəyməz. Məktəbdə kimya, biologiya
kabinetləri və laboratoriyaları və təbii ki,
əyani vəsaitləri ümumiyyətlə yoxdur. Həmin rayondakı 14 nömrəli
məktəbin direktor müavini Tünzalə Zeynalova məlumat
verdi ki, fizika laboratoriyasında civə partladığı
üçün otaq bağlıdır. Bildirdi ki, fizika, kimya və
biologiya laboratoriyalarında əyani vəsait əsasən
yoxdur. Olanları da köhnə, sınıq-salxaqdır,
bəzilərinin təmirə ehtiyacı var. Kimya
laboratoriyasında adi avadanlıqlar qalsa da, məhlullar
yoxdur. 100 ədəd plakatın isə
yenilənməsinə ehtiyac var. Abdulla Şaiq adına 54 nömrəli orta
məktəbdə bizi bu təhsil ocağına yenicə
təyin edilmiş direktor Sahibə Abbasova qarşıladı.
Daxilən bizdə inam var idi ki, burada vəziyyət
nisbətən normal olacaq. Ona görə ki, 54 nömrəli orta
məktəb göstəricilərinə görə şəhərin
qabaqcıl təhsil müəssisələrindəndir. Məqsədimizi bildirəndə Sahibə
xanım bizə elektron dərsliklərin və texniki
avadanlıqların siyahısını təqdim etdi. Kimya
laboratoriyasında 14, fizika laboratoriyasında 11, biologiya
laboratoriyasında isə 7 adda əyani vəsait yararlı
vəziyyətdə idi. Daxili imkanlar hesabına avadanlıqlar
cari təmir olunub. Fizika müəllimləri Almaz Hacıyeva,
Azər Abdullayev, kimya kabinetinin müdiri Səba Allahverdiyeva
və biologiya müəllimi İrfan Bayramovanın
dediklərindən məlum oldu ki, müəyyən çatışmazlıqlar
olsa da, dərslər əsasən əyani vəsaitdən
istifadə etməklə keçilir. Təbii ki, müasir tələbata cavab
verən əyani vəsaitlər, texniki
vasitələrə böyük ehtiyac var. Bu təmin olunarsa,
yetirmələrimiz daha yaxşı nəticələr
əldə edərlər. Reyd zamanı çalışmışıq
ki, fənn laboratoriyalarının faktiki vəziyyətini
oxuculara təqdim edək. Fazil İDRİSOĞLU, foto müəllifindir |