![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin
rəhbəri Leyla Əliyeva Sankt-Peterburqdakı uşaq
evi-məktəbdə olmuşdur
İngilis dili təmayüllü uşaq
evi-məktəbdə tərbiyə alanlar akt salonunda maraqlı
konsert proqramı ilə çıxış etmişlər.
Konsertdə Azərbaycan və rus rəqsləri,
Azərbaycan bəstəkarlarının mahnıları, müxtəlif
kompozisiyalar ifa edilmişdir. Leyla Əliyeva məktəbin
şagirdləri qarşısında çıxışında
Fondun çoxtərəfli fəaliyyətindən danışmışdır.
O demişdir ki, təhsilə və
məktəblərə kömək Fondun fəaliyyətinin
üstün istiqamətlərindən biridir. Son illərdə
Fondun təşəbbüsü ilə Azərbaycanda 300-ə
yaxın məktəb tikilmiş və yenidən qurulmuşdur.
Dövlət xətti ilə 1500 yeni məktəb tikilmişdir.
Bilik böyük qüvvə və cəmiyyətin
gələcəyidir, insanların firavanlığının
və uğurlarının rəhnidir. Leyla Əliyeva məktəblilərin ölkəmizdə
idmanın, təhsilin, rus dilinin inkişafı və
demoqrafik vəziyyət barədə suallarına cavab vermişdir.
O xüsusi vurğulamışdır ki, Azərbaycan uşaqları
da biliklərə yiyələnməyə, təhsilə
can atırlar. O, gənclərə hansı ixtisası seçmələrini
məsləhət görməyi barədə suala cavabında
media sahəsinin adını çəkərək demişdir
ki, bu, çox perspektivli və maraqlı işdir. Sonra Leyla Əliyeva məktəbin sinif
otaqları və kabinetləri ilə tanış olmuş,
uşaqlarla söhbət etmiş, məktəbə böyük bir
televizor, musiqi mərkəzi və başqa
hədiyyələr bağışlamışdır. Görüşün
sonunda xatirə şəkli çəkilmişdir. Vladimir Omelnitski Heydər Əliyev Fondunun
Rusiyadakı nümayəndəliyinin rəhbərinə
rusiyalı uşaqlara diqqətinə görə təşəkkür
edərək demişdir ki, bu səfər
gələcək dostluğun və əməkdaşlığın
təməli olacaqdır. Uşaq diplomatiyası ən güclü
diplomatiyadır və biz ümid edirik ki, Azərbaycanla daha
yaxından tanış olacağıq. Məktəbin direktoru Lyubov Katayeva
xeyriyyəçiliyinə və yetim uşaqlara qayğısına
görə qonağa ürəkdən təşəkkürünü
bildirmişdir. Görüşdə Azərbaycanın
Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov iştirak etmişdir.
AzərTAc
|
![]() |
![]() |
![]() |
![]() |