|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xalqa, vətənə və dövlətə sədaqət andı Azərbaycan
Respublikasının Prezidenti İlham
Əliyevin andiзmə mərasimi
On yeddi il əvvəl müstəqilliyini
bərpa etmiş Azərbaycan ümummilli lider Heydər Əliyevin
xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından
sonra müasir tarixinin yeni bir dövrünə qədəm qoymuşdur.
Daxili siyasi böhranın, hərc-mərcliyin, vətəndaş
müharibəsi təhlükəsinin aradan qaldırılması,
Ermənistanla müharibədə atəşkəsin
əldə edilməsi, ictimai-siyasi sabitliyin təmin olunması
ölkəni müstəqilliyini itirmək, parзalanmaq təhlükəsindən
xilas etmişdir. Azərbaycan tədricən dünya
birliyində öz yerini tutmuş, ölkədə hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğuna keзməyin
labüd şərti olan geniş siyasi-iqtisadi islahatların
aparılmasına başlanmışdır.
|
Son beş ildə əhəmiyyətli dərəcədə güclənmiş Azərbaycan gələcəyə ümidlə, nikbinliklə baxır Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin andiзmə
mərasimində nitqi - Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar! İlk növbədə, mənə
yenidən böyük etimad göstərmiş, məni Prezident
vəzifəsinə seзmiş bütün Azərbaycan xalqına öz
dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan xalqını yenidən əmin edirəm ki,
mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı
üзün öz səylərimi əsirgəməyəcəyəm.
Eyni zamanda mənim namizədliyimi irəli sürmüş Yeni
Azərbaycan Partiyasına öz təşəkkürümü
bildirirəm, seзki kampaniyasında yaxından iştirak
etdiklərinə görə partiyanın fəallarına
minnətdaram. Bu seзkilərdə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Mən ümid edirəm ki, bu seзkilər və seзki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaqdır. Bu fürsətdən istifadə edərək, məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onların göndərdikləri təbriklərə görə öz təşəkkürümü bildirirəm. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ümummilli lider Heydər Əliyevin məzarını ziyarət Azərbaycan
Prezidenti İlham Əliyev oktyabrın 24-də andiзmə
mərasimindən sonra ailə üzvləri ilə
birlikdə Fəxri xiyabana gələrək, xalqımızın
ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu, ölkəmizi siyasi-iqtisadi böhran burulğanından
xilas edərək sabitlik, iqtisadi tərəqqi, dünya
birliyinə inteqrasiya yoluna зıxarmış Heydər
Əliyevin abidəsini ziyarət etdi. |
Ankarada
VI Beynəlxalq türk dili qurultayı başa çatıb Xəbər verildiyi kimi, Ankarada Türk Dil
Kurumunun təşkilatçılığı ilə keçirilən
VI Beynəlxalq türk dili qurultayı başa çatmışdır.
Oktyabrın 24-də qurultayın yekun iclası keçirilmiş,
ölkəmizdən Ankaraya gəlmiş 20-dən çox alimin
də təqdim etdiyi məruzələrin kitab şəklində
nəşr olunması qərara alınmışdır.
Vahid türk dilinin yaradılması istiqamətində
səylərin artırılmasının zəruriliyi vurğulanmışdır.
Sonra 34 ölkədən gəlmiş 200 dilçi
alim Türk Dili Kurumunun sədri, professor Haluk Akalının
başçılığı ilə Karaman şəhərində
olmuşlar. Türkiyədə türk dilinin mərkəzi sayılan
Karamanoğlu Məhmət bəyin yurdunda qonaqların
şərəfinə bayram şənlikləri təşkil
edilmişdir. Tədbirdə Haluk Akalın bildirmişdir
ki, hazırda türk dili dünyada ən çox danışılan
dillər arasında beşinci yerdədir. Bu gün 220 milyona
yaxın insan türk dilinin müxtəlif qollarında danışır.
Avropada, Amerikada, dünyanın digər yerlərində türk
dili xarici dil kimi tədris olunur. AzərTAc |
Kurrikulum sadəcə tədris proqramı deyil, bütöv bir təhsil prosesidir Ulu öndər Heydər Əliyev
tərəfindən ölkəmizin inkişafının yeni
dövründə dövlətin təhsil siyasətinin əsas
istiqamətləri müəyyən olunmuş və bu
istiqamətlər "Azərbaycan Respublikasının
təhsil sahəsində İslahat Proqramı"nda
təsbit edilmişdir. Proqramın təsdiq
edilməsindən keçən dövr ərzində ölkə
təhsilinin inkişaf etdirilməsi ilə bağlı bir
sıra tədbirlər planı həyata keçirilmişdir. "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası" (Milli Kurrikulumu), ibtidai təhsil pilləsi üçün fənn kurrikulumlarının hazırlanıb təsdiq olunması və onların əsasında I siniflər üçün hər bir fənn üzrə təlim kompleksinin (şagirdlər üçün dərslik və iş dəftəri, müəllimlər üçün metodik vəsait) yaradılması və nəhayət, bu il I siniflərdə dərs deyən müəllimlərin hazırlıq kurslarından keçməsi, onların elmi-metodik və psixoloji hazırlığının təmin olunması istiqamətində görülən səmərəli işlər məhz bu inkişafın göstəriciləridir. |
Saatlıda I sinif müəllimləri üçün treninqlər keçirilib İbtidai sinif
müəllimlərinin fənn kurrikulumlarının
tədrisində elmi-metodik tövsiyə və
məsləhətlərə olan ehtiyaclarını
təmin etmək məqsədilə
Saatlı rayonunun S.Vurğun adına 1 nömrəli
şəhər məktəbində öyrədici
treninqlər keçirilib.
Rayon məktəbləri üzrə I siniflərdə
dərs deyən 75 nəfər ibtidai
sinif müəllimindən 72 nəfəri bu
treninqlərdə iştirak edib. Təhsil Problemləri İnstitutunun
Kurrikulum Mərkəzinin əməkdaşları
tərəfindən keçirilən treninqlər diskussiya
formasında aparılıb. Məşğələlər zamanı kompüter və proyektorlardan istifadə edilib. Fənn kurrikulumları üzrə planlaşdırma, eləcə də dərs nümunələri nümayiş etdirilib, izahat işi aparılıb, həm də təlim strategiyaları barədə müəllimlərə məlumatlar verilib. |