· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
    1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonunda şahmat məktəbi ilə tanış olub

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Xızı şəhərində şahmat məktəbi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, qısa müddətdə daxili imkanlar hesabına tikilib istifadəyə verilmiş məktəbdə bu qədim oyunun sirlərinə yiyələnmək üçün lazımi şərait yaradılmışdır. Gələcəkdə məktəbin genişləndirilməsi nəzərdə tutulmuşdur. Rayonun uşaq və gəncləri şahmata böyük maraq göstərirlər. ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar Xaçmazda keçirilmiş zona yarışlarında məktəbin yetirməsi Xalidə Abdullayeva birinci, respublika yarışlarında isə dördüncü yeri tutmuşdur. Məktəbdə beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini qoruyacaq şahmatçıların yetişəcəyinə ümid bəslənilir.

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

  

"Heydər Əliyev Fondunun fəaliyyəti" adlı kitab ingilis və alman dillərində nəşr olunub

Almaniyadakı "Azərbaycanın dostları" Cəmiyyətinin təşəbbüsü ilə ingilis və alman dillərində "Heydər Əliyev Fondunun fəaliyyəti" adlı kitab nəşr olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş kitab bir çox beynəlxalq təşkilatların rəhbərlərinin, nüfuzlu elm və siyasi xadimlərin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirxah işləri barədə ürək sözləri ilə başlayır.

Nəşrdə Mehriban xanımın bəşəri dəyərlərə xidmət edən nəcib və misilsiz fəaliyyətinə yüksək qiymət verilmişdir. "İntershall Holding AG" şirkətinin dəstəyi ilə hazırlanmış kitabda Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr, Fondun genişmiqyaslı və çoxşaxəli fəaliyyəti haqqında məlumatlar xronoloji ardıcıllıqla əks olunmuşdur.

Bütün yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorlarına

 

Respublikanın ümumtəhsil məktəblərində pedaqoji kadrların işə qəbulu vəziyyətinin öyrənilməsi və aparılan təhlillər göstərmişdir ki, pedaqoji kadrların seçilib yerləşdirilməsində, onlar arasında dərs yükünün bölünməsində hələ də ciddi nöqsanlara yol verilməkdədir. Əksər hallarda heç bir ehtiyac olmadan bir stavkadan, hətta 6 saatdan da aşağı dərs yükünə müəllimlər işə qəbul edilir. Bu isə öz növbəsində məktəblərdə kadr sıxlığının yaranmasına və müəllim-şagird nisbətinin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda isə qeyri-ixtisas və ya qeyri-pedaqoji təhsilli şəxslər də işə qəbul edilir ki, bütün bunlar son nəticədə təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərir.

Eyni zamanda son 5 ildə respublikanın ümumtəhsil məktəblərində müəllim və şagirdlərin say tərkibinin müqayisəsi göstərmişdir ki, məktəblərdə şagird kontingentinin 219 min nəfər azalmasına baxmayaraq, müəllimlərin sayı 11 min nəfər artmış, bu isə respublika üzrə müəllim-şagird nisbətinin 10,1-dən 8,4-ə düşməsinə səbəb olmuşdur.

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

VII qurultayın gündəliyindən

1960-cı il noyabrın 14-də Azərbaycan SSR Elmlər Akademiyasının binasında başlanan ali məclis iki gün davam etmişdir. Qurultayı giriş sözü ilə Respublika Nazirlər Sovetinin sədri M.İsgəndərov açmışdır.

Qurultay ərəfəsində 579 nəfər maarif işçisi "Lenin", "Qırmızı Əmək bayrağı", "Şərəf Nişanı" ordenləri, "Əmək igidliyinə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Nazirlər Sovetinin qurultaya təbriki oxunmuşdur.

Azərbaycan SSR maarif naziri, professor M.Mehdizadə və Azərbaycan LKGİ MK-nın birinci katibi M.Əlizadənin məktəblərin yenidən qurulması sahəsində, gəncliyin təlimi və tərbiyəsi istiqamətlərində qarşıda duran vəzifələri şərh edən geniş məruzələri dinlənilmişdir.

Sonra qurultayın mandat komissiyasının hesabatı ilə M.Zeynalov məruzə etmişdir.

Yeni dərs ili qarşısında

Azərbaycan təhsilinin yeni vəzifələri

 

Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır.

İlham ƏLİYEV,

Azərbaycan Resrublikasının Prezidenti

 

XX əsrin doxsanıncı illərində yenidən müstəqillik qazanan Azərbaycan Respublikası iqtisadi, sosial, mədəni inkişafı üçün dövlət səviyyəsində siyasətini müəyyənləşdirdi və təhsilə xüsusi önəm verdi.

 Təhsil cəmiyyətin ən ümdə problemlərini özündə daşıya bilən bir sosial prosesdir. Onun məzmun və strukturu elə hazırlanmalıdır ki, cəmiyyətin gələcək üfüqlərinin parıltıları oradan görünsün. Heç təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev təhsili müqəddəs bir sahə kimi qiymətləndirərək demişdir: "Təhsil millətin gələcəyidir... təhsil sahəsi müqəddəs bir sahədir.