Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ən yaxşı ümumi
təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli
Sərəncamının 1-ci hissəsinə uyğun olaraq
QƏRARA ALIRAM:
1. 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi
təhsil müəssisəsi" müsabiqəsində müvəffəqiyyət
qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil
müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik
pul mükafatı ilə mükafatlandırılsın:
Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-lisey
Ağstafa şəhəri texniki-humanitar təmayüllü lisey
Bakı şəhəri 9 nömrəli tam orta məktəb
Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey
Bakı şəhəri 26 nömrəli tam orta məktəb
Bakı şəhəri 36 nömrəli tam orta məktəb
Bakı şəhəri 45 nömrəli tam orta məktəb
Bakı şəhəri 58 nömrəli tam orta məktəb
Bakı şəhəri 60 nömrəli tam orta məktəb
Bakı şəhəri 146 nömrəli tam orta məktəb
Bakı şəhəri 157 nömrəli tam orta məktəb
Bakı şəhəri 158 nömrəli tam orta məktəb
Bakı şəhəri 178 nömrəli tam orta məktəb
Bakı şəhəri 183 nömrəli tam orta məktəb
Bakı şəhəri 189 nömrəli tam orta məktəb
Bakı şəhəri 201 nömrəli tam orta məktəb
Bakı şəhəri 221 nömrəli tam orta məktəb
Bakı şəhəri 253 nömrəli tam orta məktəb
Bakı şəhəri 266 nömrəli tam orta məktəb
Bakı şəhəri 276 nömrəli tam orta məktəb
Bakı şəhəri 278 nömrəli tam orta məktəb
Bakı şəhəri 313 nömrəli tam orta məktəb
Bərdə rayonu Muğanlı kənd tam orta məktəbi
Bərdə şəhəri 8 nömrəli tam orta məktəb
Biləsuvar şəhəri 4 nömrəli tam orta məktəb
Gəncə şəhəri 21 nömrəli tam orta məktəb
Gəncə şəhəri 44 nömrəli bağça-məktəb-lisey kompleksi
Hacıqabul rayonu Rəncbər kənd tam orta məktəbi
Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8
nömrəli məktəb-lisey
İmişli şəhəri 5 nömrəli məktəb-lisey
İsmayıllı rayonu Qubaxəlilli kənd tam orta məktəbi
İsmayıllı rayonu Tircan kənd tam orta məktəbi
İsmayıllı şəhəri 2 nömrəli tam orta məktəb
Qax şəhəri 4 nömrəli tam orta məktəb
Qazax şəhəri 3 nömrəli tam orta məktəb
Quba şəhəri texniki təmayüllü lisey
Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta
məktəbi
Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəb
Şabran şəhəri 2 nömrəli məktəb-lisey
Şərur rayonu Qarxun kənd tam orta məktəbi
Şəki şəhəri 5 nömrəli tam orta məktəb
Şəki şəhəri 10 nömrəli tam orta məktəb
Şirvan şəhəri 2 nömrəli tam orta məktəb
Şirvan şəhəri 4 nömrəli tam orta məktəb
Tovuz rayonu Aşağı Ayıblı kənd tam orta məktəbi
Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta
məktəbi
Zərdab rayonu Gəlmə kənd tam orta məktəbi
2. Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul
mükafatları "Ən yaxşı ümumi təhsil müəssisəsi
müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil
müəssisələrinə verilmiş mükafatın istifadə
istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25
fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə
uyğun ödənilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2012-ci il |