Ölkənin bütün təhsil müəssisələrində çalışan müəllimlər,
pedaqoqlar tədris etdikləri fənlərlə bağlı fərdi
pedaqoji təcrübələrini, müasir dərsin əsas meyarlarını
özündə əks etdirən metodiki yazılarını təqdim etməklə
müsabiqədə iştirak edə bilərlər. Yazılar 01 yanvar
2016-cı il tarixdən 31 yanvar 2016-cı il tarixinədək
muallim@edu.gov.az
elektron poçt ünvanında qəbul ediləcək. Təşkilat
Komitəsi tərəfindən keçiriləcək təntənəli mərasimdə
qaliblərin qiymətli hədiyyə və diplomlarla
mükafatlandırılması nəzərdə tutulur. Təqdim olunan
yazılar tanınmış pedaqoq, alim və təcrübəli
müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən
qiymətləndiriləcək.
Müsabiqənin əsas şərtləri:
1. Yazılar Azərbaycan dilində, Times New Roman
şrifti ilə təqdim edilməli, həcmi 6 min
işarədən az, 9 mindən çox olmamalıdır.
2. İştirakçılar təqdim olunan yazıların sonunda
zəruri məlumatları (adı, soyadı, əlaqə telefonu,
çalışdığı təhsil müəssisəsinin adı və tutduğu vəzifə)
qeyd etməlidirlər.
3. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər.
4. Yazıların əvvəlində müsabiqə üçün hazırlandığı qeyd
olunmalıdır.
Əlaqə üçün:
(012) 561-60-41, (012) 538-51-41
TƏŞKİLAT KOMİTƏSİ |