Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Azərbaycan karateçiləri Qazaxıstanda uğurla çıxış ediblər

 

Qazaxıstanda karate-do idman növünün WKF versiyası üzrə “Aktau kuboku” beynəlxalq turniri keçirilib.

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, yerli idmançılarla yanaşı, Azərbaycan, Gürcüstan, Qırğızıstandan 400-dən artıq karateçinin qatıldığı turnirdə 6-18 yaşadək və böyüklər arasında yarışlar keçirilib.

Azərbaycanlı idmançılar turnirdə uğurla çıxış ediblər. Fərdi yarışlarda Firdovsi Fərzəliyev, Rəfael Ağayev, Ayxan Mamayev, Şahin Atamov və İnci Əzimova öz çəki dərəcələrində turnirin qalibləri olublar. Renata Ələkbərli, Elvin Əhmədli, Pənah Abdullayev, Orxan Heydərli və Murad Hacızadə ikinci yeri, Tural Ələkbərli, Turqut Həsənov və Əli Cəfərov üçüncü yeri tutublar.

Məşqçi Elnur İbrahimin rəhbərliyi ilə çıxış edən idmançılarımız ümumilikdə beş qızıl, beş gümüş və üç bürünc medal qazanıblar. Beləliklə, “Azərbaycan-1” kollektivi böyüklər arasında komanda yarışlarında birinci olub. “Azərbaycan-2” komandası isə üçüncü yerə çıxıb.

Baş konsulluqda idmançılarımızla Aktau şəhərində yaşayan azərbaycanlı gənclər arasında görüş keçirilib. Görüşdə Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin idmançılara diqqət və qayğısından danışılıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov