Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Birinci Avropa Oyunlarının gümüş mükafatçısı növbəti uğuruna imza atdı

 

Böyütmək üçün seçinMilli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası kubok yarışları başa çatıb. AZƏRTAC xəbər verir ki, 160 gimnastın iştirak etdiyi turnirın sonuncu günü peşəkar gimnastların çıxışı ilə yadda qalıb.

Azərbaycan yığmasının lider atleti, birinci Avropa Oyunlarının gümüş, 2015-ci il Avropa çempionatının bürünc medalçısı, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının lisenziya sahibi Marina Durunda bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyinin qalıbı olub. İkinci yeri 2014-ci il Avropa çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva, üçüncü yeri isə Renata Ələkbərova tutub.

2015-ci ilin son idman tədbiri maraqlı konsert proqramı ilə başa çatıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov