Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

“Olimpiya hərəkatı” proqramı çərçivəsində atletika üzrə Nərimanov rayon birinciliyi keçirilib

 

“Olimpiya hərəkatı” proqramı çərçivəsində atletika idman növü üzrə Nərimanov rayon birinciliyi keçirilib.

“Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Layihə idmanın dörd növünü - basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” proqramı ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqi məqsədi ilə həyata keçirilir.

Yarışlar Bakı şəhəri Nərimanov rayonunda yerləşən Respublika Olimpiya Mərkəzində baş tutub. Rayon birinciliyində 22 ümumtəhsil məktəbinin komandası iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın ümumi nəticələrinə görə I yeri “Ankara məktəbi” məktəb-liseyi, II yeri 112 nömrəli, III yeri isə 177 nömrəli ümumtəhsil məktəblərinin komandaları tutaraq final mərhələsinə vəsiqə qazanıb.

Qalib və iştirakçılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov