Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü
keçirilib.
“Açıq qapı” gününün keçirilməsində məqsəd uşaq və
gənclərdə təsviri sənətə maraq oyatmaq, onların
yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdır.
Ziyarətçilər Bakı şəhərində fəaliyyət göstərən
ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin
dərnək üzvləri arasında keçirilən təsviri sənətin bütün
janrlarını özündə əks etdirən rəsm sərgisi ilə tanış
olublar.
Sərgidə 6-18 yaş arası uşaq və gənclər iştirak
edib. Sərgi “Mənim şəhərim-Azərbaycan inciləri”, “Milli
irsimiz - dekoratov tətbiqi sənət nümunələri”,
“Azərbaycan nağılları uşaqların gözü ilə” mövzularını
əhatə edib.
“Açıq qapı” günündə dərnək rəhbərləri sərgi
iştirakçıları ilə birlikdə rəsmlər çəkib, kağız, gil və
plastilinlə müxtəlif mövzularda ustad dərsləri keçiblər.
Qonaqlar ebru sənətinin sirləri ilə tanış olub, rəqəmsal
təsvir dərnəyində sadə animasiyalar hazırlayıblar.
Qeyd edək ki, Təsviri Sənət Qalereyası digər
ölkələrin müvafiq qalereyaları ilə əməkdaşlığı
genişləndirməyi, müxtəlif innovativ layihələr,
Azərbaycan və xarici ölkələrin tanınmış rəssamları ilə
ustad dərsləri təşkil etməyi planlaşdırır.
www.edu.gov.az |