Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Yarışlara yekun vurulub

 

İsmayıllı rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəb komandaları arasında keçirilən voleybol üzrə rayon birinciliyinə yekun vurulub.

Təhsil  şöbəsindən bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan yarışların final mərhələsində 10 ən güclü komanda iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə birinci yeri şəhər 3 nömrəli məktəb-liseyin, ikinci yeri İsmayıllı Humanitar və Texnologiya Kollecinin, üçüncü yeri isə Diyallı kənd tam orta məktəbinin komandaları tutublar.

Qalib komandalara gənclər və idman idarəsinin diplomları verilib.

 Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov