Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzinə
məktəblilərin ekskursiyası davam edir.
Təhsil şöbəsindən məlumat verilir ki, Heydər
Əliyev Mərkəzinin növbəti qonaqları şəhər 1, 2, 5 və 6
nömrəli məktəblərin şagirdləri olub. Şagirdlər Heydər
Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat
yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks
etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında
yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə
tanış olublar. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə
Yusifova ümummilli liderin həyat və fəaliyyəti, siyasi
irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri
haqqında ətraflı məlumat verib. Məktəblilər burada
həmçinin ulu öndərə həsr olunmuş sənədli filmə tamaşa
ediblər.
2015-ci ilin əvvəlindən 60-dan çox idarə, müəssisə
və ümumtəhsil məktəbindən ümumilikdə 1800 nəfər Heydər
Əliyev Mərkəzinə ekskursiya edib. |