Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Dədə Qorqud irsinin öyrənilməsi ilə bağlı konfrans

 

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-konfransda dastanın türk dünyasının şifahi xalq yaradıcılığında oynadığı roldan söhbət açılıb. LDU-dan  redaksiyamıza daxil olan  məlumata görə, elmi-konfrans Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən Lənkəran Şəhər İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Elmi konfransda universitetin kafedra müdiri, filologiya elmləri doktoru, dosent, folklorşünas alim Yədulla Ağazadə çıxış edərək diqqətə çatdırıb ki, hər bir azərbaycanlı “Kitabi-Dədə Qorqud” dastanının məzmununu, mənasını məktəbdən başlayaraq bilməlidir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov