Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə Səməd
bəy Mehmandarovun yubileyi qeyd edilib.
Təhsil şöbəsindən bildirilib ki, ictimaiyyət
nümayəndələrinin, ziyalıların, bölgə yazarlarının
iştirak etdiyi tədbirdə rayon təhsil şöbəsinin müdiri
Leyla İsayeva, şairlərdən Barat Vüsal, Saqif Qaratorpaq
və başqaları çıxış edərək general Səməd bəy
Mehmandarovun həyat və fəaliyyətindən danışıblar. Qeyd
olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən
general Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında
hərbi nazir təyin edilib və müstəqil Azərbaycanın qısa
müddətdə 30 minlik ordusunu yaratmağa nail olub. Hərbi
nazir kimi ordunu milli zəmin üzərində təşkil edib və
ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin
qorunmasında misilsiz xidmətlər göstərib.
Tədbirdə məktəblilərin ifasında generala həsr
olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya
təqdim edilib. |