Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Bilik Fondu Şamaxıda konfrans keçirib

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı İncəsənət Təhsili Mərkəzində “Kitabi-Dədə Qorqud” və Henrix Fridrix fon Dits - 200” mövzusunda Məktəbli Konfransı keçirilib.

Konfransdan əvvəl Şamaxı məktəbliləri və qonaqlar Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.

Məktəblilərlə yanaşı, müəllim və valideynlərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirin açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülnisə Ələkbərova konfransın ölkə Prezidentinin qorqudşünaslığın 200 illiyinin qeyd olunması ilə bağlı 20 fevral 2015-ci il taixli sərəncamına əsasən Bilik Fondunun Şamaxı rayon nümayəndəliyinin təşəbbüsü ilə keçirildiyini qeyd edib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov məktəbli konfransının əlamətdar bir günə - qorqudşünaslığın inkişafına yeni təkan vermiş ölkə başçısının doğum gününə təsadüf etdiyini vurğulayıb. Bilik Fondunun Prezident Sərəncamına uyğun olaraq keçirdiyi tədbirlər, o cümlədən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yerli və xarici ölkə məktəblilərinin iştirakı ilə təşkil etdiyi Beynəlxalq Şagird Konfransı, Akademik Milli Dram Teatrında keçirilmiş təntənəli yubiley tədbiri barədə məlumat verib, konfrans iştirakçılarına Fondun Himayəçilik Şurasının sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, Şura üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin salamlarını çatdırıb.

Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev və Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova məktəbliləri təbrik etdikdən sonra şagirdlərin məruzələri dinlənilib.

Şamaxı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Məlahət Həsənova, 10 nömrəli tam orta məktəbin şagirdi Zahid Mürşüdov, Göylər kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Şəfəq Rəhimova və Hafiz Məmmədov, Sabir qəsəbə tam orta məktəbin şagirdləri Günay Məmişova, Bəsti Əliyeva və Səbinə Xələfova milli-mənəvi dəyərlərimizin mənbəyi, xalqımızın tarixi və mədəniyyətinin qədim abidəsi olan “Kitabi-Dədə Qorqud”la bağlı, dastanı dünyaya tanıtmış alman alimi və diplomatı Henrix Fridrix fon Ditsin həyatı və fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Şamaxı İncəsənət Təhsili Mərkəzinin və orta məktəblərin özfəaliyyət dərnəklərinin üzvləri konsert proqramı ilə çıxış edib, konfransın ərsəyə gəlməsində əməyi olan müəllimlərə, məktəblilərə Bilik Fondunun təşəkkürnamələri və hədiyyələri təqdim olunub. 

İnformasiya təminatı sektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov