Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Azərbaycan Texnologiya Universitetində ingilis dili müəllimləri üçün seminar

 

Böyütmək üçün seçinAzərbaycan Texnologiya Universitetində (ATU) Gəncə şəhərində fəaliyyət göstərən  ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün seminar təşkil olunub. Seminar ATU-nun rektoru, professor Akif Süleymanovun təşəbbüsü ilə bu ali təhsil ocağında tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramı çərçivəsində baş tutub. “Fəal-interaktiv təlim metodu ilə oxuma, danışma və dinləmənin öyrədilməsi” mövzusunda keçirilən seminarda təlimçi qismində əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərminə Əliyeva çıxış edib.

Seminarda eyni zamanda ATU-nun və Gəncədəki digər universitetlərin pedaqoqları da iştirak edib. Təlimçi Nərminə Əliyeva seminar iştirakçılarına fəal-interaktiv təlim metodları, onların xüsusiyyətləri, istiqamətləri və bu biliklərin ingilis dili fənninin tədrisi prosesində tətbiqi barədə nəzəri və praktik məlumatlar verib.

Mövzu ilə bağlı geniş müzakirələr aparılıb, müxtəlif səpgili suallar təlimçi tərəfindən cavablandırılıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov