“Azercell Telekom” MMC və “British Council” şirkəti
tərəfindən peşə təhsili sahəsində keçirilən təlim kursu
başa çatıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “İş dünyası üçün
bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan
kurslarda Bakının müxtəlif peşə təhsili müəssisələrində
fəaliyyət göstərən 36 müəllim iştirak edib. Böyük
Britaniyadan dəvət olunmuş mütəxəssis tərəfindən
keçirilən təlim kursunda peşə təhsili üzrə yeni modellər
və strategiyalar, yerli mühit və işəgötürənlərlə
əlaqələrin qurulması ilə bağlı məlumat verilib. Təhsil
Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi
peşə məktəblərində informasiya-kommunikasiya
texnologiyaları və telekommunikasiya üzrə təhsil alan
tələbələrin bilik və qabiliyyətlərinin artırılmasıdır. |