Sahil qəsəbəsində yerləşən Uşaq Gənclər İdman Məktəbində
Qaradağ rayon məktəblilərinin XXVIII Spartakiadası
çərçivəsində stolüstü tennis üzrə rayon birinciliyi başa
çatıb. Yarışda hər məktəbdən 5 şagird (3 oğlan, 2 qız)
iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 228
nömrəli məktəbin komandası birinci olub. Yarışda 319
nömrəli məktəb ikinci, 273 nömrəli məktəbin komandası
isə üçüncü pillədə qərarlaşıb. Qaliblərə rayon Gənclər
və İdman İdarəsi tərəfindən fəxri fərman və xatirə
hədiyyələri verilib.
Qeyd edək ki, 228 nömrəli məktəbin komandası Bakı
Spartakiadasına vəsiqə qazanıb.
Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi” |