“Olimpiya
hərəkatı” proqramı çərçivəsində basketbol idman növü
üzrə Səbail rayon birinciliyi keçirilib.
“Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya
Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı
olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir.
Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa
Oyunlarının sosial və idman irsini davam etdirməkdən
ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül
atletika, veloidman, basketbol (3x3) və badminton idman
növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına
cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin,
olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur.
Yarışlar Bakı şəhərindəki 189-190 nömrəli tam orta
məktəbdə keçirilib. Rayon birinciliyində 16 tam orta
məktəbin komandasından 14-ü iştirak edib. Gərgin
mübarizə şəraitində keçən yarışda I yeri Təhsil
Nazirliyinin tabeliyindəki 132-134 nömrəli təhsil
kompleksi, II yeri Bakı şəhəri H.Mahmudbəyov adına 2
nömrəli texniki-humanitar lisey, III yeri isə Bakı
şəhəri 91 nömrəli tam orta məktəbin komandaları tutaraq
final mərhələsinə vəsiqə qazanıb.
Qalib və iştirakçılara təşkilatçılar tərəfindən
diplomlar təqdim olunub. |