Respublika
Şahmat Mərkəzində Fuad Cəfərovun xatirəsinə həsr olunmuş
şahmat üzrə turnirin mükafatçıları müəyyənləşib. 71
şahmatçının yarışdığı açıq turnirdə Xaçmaz şahmatçısı
Samir Davidova qalib gələn Zaur Bayramov yeddi görüşdən
altı xal qazanıb və turnirin baş mükafatına layiq
görülüb. Şahmatçıların beşi 5,5 xal yığıb. Buxqolç
əmsalına görə Quba şahmatçıları Elvin Bayramov və
Şəhriyar İsgəndərov mükafat qazanıblar. Pul mükafatı,
həmçinin Bakı və Sumqayıt təmsilçiləri olan Andrey
Mustafin və Fərid Aslanova da verilib.
Turnirdə xüsusi mükafat da təqdim edilib. Qadın
şahmatçılar arasında Xatın Bağırova və 16 yaşlı
yeniyetmələr arasında Vüqar Manafov yaxşı nəticə əldə
ediblər. Veteranlar arasında isə xatirə mükafatına
Həsən-Paşa Həsənov layiq görülüb. Hər üç şahmatçı
paytaxtı təmsil edir.
Bununla belə, festivalın blits turnirinə aralarında beş
qrossmeyster olan 62 şahmatçı qatılıb. Ən müsbət
nəticəni isə iki nəfər bölüşüb. Bunlar doqquz görüşdə
7,5 xal qazanmış qrossmeyster Ülvi Bacarani (Bakı) və
Quba şahmatçısı olan idman ustalığına namizəd Elvin
Bayramovdur. Ülvi Bacarani birinci, Elvin Bayramov isə
yarışın ikincisi olub. Gürcüstanlı rəqibi Mixail
Kekelidzedən üstün olan qrossmeyster Nicat Abbasov isə
turniri üçüncü yerdə başa vurub.
Ötən həftə rapid turnirinin birincisi olmuş Nail Bəşirli
də bu yarışda gənclər arasında ilk pillədə qərarlaşıb.
Beynəlxalq usta Nərmin Xələfova isə qadınlar arasında
birinci olub. |