Bərdə
Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan
məlumatda bildirilir ki, Uşaq-Gənclər Şahmat İdman
Məktəbində ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri
arasında şahmat üzrə rayon turniri başa çatıb. Rayon
Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər Şahmat İdman
Məktəbinin birgə təşkilatçılığı ilə 6-8 və 10-12 yaşlı
şagirdlər arasında keçirilən yarışda 46 nəfər iştirak
edib.
Yarışın açılış mərasimində Bərdə Rayon Gənclər və İdman
İdarəsinin rəis müavini Tahir Quliyev, Uşaq-Gənclər
Şahmat İdman Məktəbinin direktoru Əbülfət Məmmədov və
başqaları çıxış edərək böyük siyasi xadim Heydər
Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız
qarşısındakı əvəzsiz xidmətlərindən, o cümlədən idmanın
inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.
İki gün davam edən yarış olimpiya sistemi üzrə keçirilib.
Turnirin yekununda qaliblər müvafiq dərəcəli diplomlarla
təltif olunub.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” |