Məktəbimizdə şagirdlərin mütaliə vərdişlərinin
təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir. Belə tədbirlər şagirdlərin marağına səbəb
olmaqla onların mütaliəyə istiqamətləndirilməsi yolunda
mühüm rol oynayır
Bu günlərdə böyük Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadənin əsərlərinin oxusuna həsr olunmuş
“Mütaliə aylığı”nın yekunlarına dair keçirilmiş
növbəti tədbir də maraqla qarşılanmışdır. Tədbirdə
dil-ədəbiyyat müəllimləri yazıçının həyat və
yaradıcılığı barədə geniş məlumat vermiş, şagirdlər
əsərləri haqqında öz fikirlərini söyləmiş, “Poçt qutusu”
hekayəsi barədə təəssüratlarım” mövzusunda keçirilmiş
esse müsabiqəsi qaliblərinin təəssüratları dinlənilmiş,
ədibin kitablarının və əsərlərinə çəkilmiş
illüstrasiyaların sərgisinə və “Fəal oxucular” başlığı
ilə yaradılmış fotostendə baxış olmuşdur.
Tədbirin sonunda şagirdlərin ifasında “Poçt qutusu”
hekayəsi əsasında hazırlanmış tamaşa göstərilmişdir.
Vəfa QURBANOVA
Oğuz rayonu, Yaqublu kənd tam orta məktəbinin
dil-ədəbiyyat müəllimi |