Quba Rayon Təhsil Şöbəsindən bildirilib ki, rayonun
ümumtəhsil məktəblərində görkəmli şair Bəxtiyar
Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Yaşamaq
yanmaqdır” başlığı altında ədəbi-bədii gecələr keçirilib.
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri
arasında “Şeirim amalımdır” mövzusunda diskussiyalar
aparılıb. Fikir mübadilələrində Bəxtiyar Vahabzadə
gənclərin nəzərində həm milli və ideal vətəndaş, həm də
dünyamızın taleyi, insanların gələcək səadəti üçün
narahat duyğularla yaşayan zərif qəlbli şair kimi
canlandırılıb.
Həmçinin rayonun bütün ümumi və tam orta məktəblərində
“Bəxtiyar Vahabzadə - ana dili” mövzusunda inşa yazı
müsabiqəsi keçirilib. Bu müsabiqədə şairin
düşüncələrində ana dilinin xalqın varlığında oynadığı
rolu düzgün müəyyənləşdirən şagirdlərin yazı işləri
fərqləndirilib və RTŞ tərəfindən fəxri fərmana layiq
görülüb.
Səhifəni hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
sh.cafarov@muallim.edu.az |