Ağdam
rayonunun Quzanlı qəsəbəsində 360 şagird yerlik
məktəb-lisey binası inşa edilir.
Təhsil şöbəsindən bildirilir ki, Təhsil Nazirliyinin
sifarişi ilə inşa olunan ikimərtəbəli binada sinif
otaqları, kimya, biologiya və fizika laboratoriyaları,
hərbi hazırlıq və informatika kabinetləri, kitabxana,
oxu, akt və idman zalları, tibb otağı, 100 yerlik
yeməkxana, mətbəx, xidməti otaqlar yaradılacaq.
Məktəb-liseyin həyətində geniş abadlıq işləri
aparılacaq, həyətdə futbol, voleybol və basketbol
meydançaları, yüngül atletika və gimnastika üçün
sahələr, qaçış zolaqları, istirahət sahələri, qazanxana,
nasosxana, transformator yarımstansiyası, yanğın və
təsərrüfat üçün su anbarları və digər yardımçı binalar
inşa ediləcək.
Hazırda binanın 2 korpusunda hörgü işləri başa çatıb,
dam hissəsi vurulur. Digər korpusda və idman zalında
hörgü işləri aparılır. Tikintinin 2016-cı ildə başa
çatdırılması nəzərdə tutulur. |