Xalqımızın
ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci
ildönümü ilə əlaqədar dekabrın 8-dən etibarən Ağcabədi
şəhərindəki Heydər Əliyev Mərkəzinə məktəblilərin
ekskursiyası təşkil edilib.
Təhsil şöbəsindən bildirilib ki, tərtib edilmiş qrafikə
uyğun olaraq Heydər Əliyev Mərkəzinin növbəti qonaqları
şəhər 2 nömrəli məktəbin şagirdləri olub.
Şagirdlər əvvəlcə ulu öndərin Ağcabədi şəhərinin mərkəzi
meydanındakı abidəsini ziyarət edib, Heydər Əliyev
Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu,
Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi
rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük
şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və
rəsmi sənədlərlə tanış olublar. Əbədiyaşar liderimizin
həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz
qarşısında böyük xidmətləri haqqında dolğun məlumatlar
əldə edən məktəblilər, həmçinin ulu öndərə həsr olunmuş
sənədli filmi izləyiblər.
Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası
tədris ilinin sonunadək davam edəcək. |