GDU-nun
Mətbuat xidmətindən bildirilib ki, Türkiyə
Respublikasının Gəncədəki Baş konsulunun müavini cənab
Əfəndi Dəmir və konsulluğun əməkdaşı Yeganə Fərəcova bu
günlərdə ali təhsil ocağının qonağı olublar.
Tədbirdə Əfəndi Dəmir öncə görüşün təşkili üçün
universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Qonaq iki qardaş ölkə arasındakı sıx dostluq
münasibətlərindən danışıb, Gəncə şəhərindəki ali
məktəblərlə əlaqələrin genişləndirilməsi imkanlarından
söz açıb.
Prorektor Pərvin Kərimzadə qonaqları universitetin
rektoru, professor Yusif Yusibovun adından salamlayıb və
cənab Əfəndi Dəmirə bu vəzifəyə təyin olunması
münasibətilə təbrikini çatdırıb. Prorektor hər iki
qardaş ölkəni bir-birinə bağlayan dostluq və qardaşlıq
münasibətlərindən danışıb, bu münasibətlərin hər sahədə
olduğu kimi təhsil sahəsini də əhatə etdiyindən və eyni
zamanda universitet tərəfindən atılan addımlardan,
görülən işlərdən bəhs edib. Son dövrlər Qafqaz
Universitetlər Birliyi çərçivəsində universitetlərlə
yaradılmış əlaqə və “Mövlana” mübadilə proqramında
universitetin iştirakı haqqında da geniş məlumat
verilib.
Görüşdən məmnun qalan qonaq bundan sonra da əlaqələri
daha da genişləndirmək üçün Gəncə baş konsulluğunun öz
köməyini əsirgəməyəcəyini bildirib. |