Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Dünyanın ən yüksək reytinqli universitetlərində təhsil alan azərbaycanlı tələbələr

 

Xəyalə EYLAZOVA,  Kembric Universitetinin tələbəsi 

1982-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Bakıdakı 271 nömrəli tam orta məktəbi bitirib. 2003-cü ildə Xəzər Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2005- 2007-ci illərdə Norveç Biznes Məktəbində beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində biznesin idarə olunması ixtisası üzrə magistr təhsilini davam etdirir.


Əlikram İSAYEV, Harvard Universitetinin tələbəsi 

1990-cı ildə İmişli rayonunda anadan olub. 2007-ci ildə N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi bitirib. 2011-ci ildə Bakı Dövlət Universitetini beynəlxalq hüquq ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində ictimai siyasət ixtisası üzrə magistr təhsili alır.


 Murad İSMAYILOV, Kembric Universitetinin doktorantı  

1982-ci ildə Sumqayıtda anadan olub.  2000-ci ildə Sumqayıtdakı 11 nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub.  2004-cü  ildə Bakı  Dövlət  Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  Böyük  Britaniyanın  Kembric Universitetində siyasi elmlər ixtisası üzrə doktorantura təhsili alır.

 


Eldar BABAYEV, Oksford Universitetinin tələbəsi 

1993-cü il mayın 1-də Ukraynanın Kiyev şəhərində anadan olub.  Əvvəlcə Bakıdakı 264,  138 nömrəli tam orta məktəblərdə, VII sinifdən  Dədə Qorqud Özəl Türk liseyində oxuyub. 2010 - 2012-ci illərdə Bakı Dövlət Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıb.  2012 - 2015-ci illərdə Böyük Britaniyanın  London Universitet Kollecində riyaziyyat ixtisası üzrə bakalavr təhsilini davam etdirib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük  Britaniyanın Oksford Universitetində kompüter elmləri ixtisası üzrə magistr  təhsili alır.

 


Orxan KƏRİMZADƏ, London İmperial Kollecinin tələbəsi 

1989-cu ildə Bakı şəhərində anadan olub.  2006-cı ildə Bakıdakı  18 nömrəli pilot məktəbi əla qiymətlərlə bitirib. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2014-cü illərdə Cənubi Koreyanın KAİST Universitetində  elektrik və elektronika mühəndisliyi ixtisası üzrə bakalavr  təhsili alıb.  Hazırda Dövlət Proqramı çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində alternativ enerji ixtisası üzrə magistr təhsili alır.

 


Ramil MƏHƏRRƏMOV, Massaçusets Texnologiyalar İnstitutunun magistri  

1979-cu il iyulun 18-də Qərbi Azərbaycanda anadan olub. 1999-cu ildə  Qafqaz Universitetini əla qiymətlərlə bitirib.  Daha sonra təhsilini  iqtisadi siyasət və inkişaf  ixtisası üzrə  Amerika Birləşmiş Statlarının Massaçusets Universitetində davam etdirərək magistr dərəcəsi alıb.  Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Amerika Birləşmiş Ştatlarının  Massaçusets Texnologiyalar İnstitutunda MBA dərəcəsi üzrə magistr təhsili alır.

 


Olesya RAZUVAYEVSKAYA, Kembric Universitetinin tələbəsi 

1989-cu il noyabrın 15-də Bakıda anadan olub.  Bakıdakı 210 nömrəli tam orta məktəbi bitirib.  2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə  daxil olub.  Prezident təqaüdünə layiq görülüb. 2011-ci ildə bakalavr təhsilini əla qiymətlərlə  başa vurub.  2011-2012-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Edinburq Universitetində  kompüter elmləri ixtisası üzrə magistr təhsili alıb. Hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində kompüter elmləri ixtisası üzrə doktorantura  təhsili alır.

 


Paşa PAŞAZADƏ, London İmperial Kollecinin tələbəsi 

1992-ci il noyabrın 1-də  Bakı şəhərində anadan olub. 1999-2010-cu  illər ərzində Bakıdakı 164 nömrəli tam orta  məktəbdə oxuyub.  2010-2015-ci illərdə Türkiyənin Orta  Doğu Texnik Universitetinin  elektrik və elektronika mühəndisliyi fakültəsində təhsil alıb.  Hazırda  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində elektrik və elektronika sahəsində  “Kontrol sistemləri” mühəndisliyi ixtisası üzrə magistr təhsili alır.

 


Ramilə ƏLƏSGƏROVA, London İmperial Kollecinin tələbəsi  

1992-ci il avqustun 24-də Gədəbəy rayonunda  anadan olub.  Paytaxtdakı 19 nömrəli tam  orta məktəbdə təhsil alıb. 2010-2015-ci illərdə  Qafqaz Universitetində  maliyyə -kredit ixtisası  üzrə təhsil alaraq bakalavr dərəcəsi alıb.  Hazırda  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  Böyük  Britaniyanın  London İmperial Kollecində  biznesin analitikası (kompüter  elmləri)  ixtisası üzrə  magistr təhsili  alır.

 


Nəriman MƏMMƏDLİ, London İmperial Kollecinin tələbəsi  

1992-ci il dekabrın 21-də  Bakıda anadan olub. 2010-cu ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyini bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq  Qafqaz Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına  qəbul olunub. 2011-2015-ci illər ərzində Dövlət Proqramı ilə Kanadanın Toronto Universitetində kompüter  mühəndisliyi  ixtisası üzrə təhsilini  davam etdirib.   Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində kompüter elmləri ixtisası üzrə  magistr təhsili alır.

 


Tərlan SÜLEYMANOV, Oksford Universitetinin doktorantı  

1993-cü il  avqustun  1-də Göyçay şəhərində  anadan   olub.  2010-cu ildə  Ağdaş Özəl Türk Liseyini bitirib.  2010-cu  ildə  ali məktəblərə qəbul  imtahanında  690  bal  toplayaraq  Qafqaz   Universitetinin  ingilisdilli   kompüter mühəndisliyi  fakültəsinə  qəbul  olunub.  2011-2015-ci illərdə  Böyük  Britaniyanın  Şeffild   Universitetinin  kompüter   elmləri  fakültəsində bakalavr  və magistratura səviyyələrində təhsil alıb.  Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində doktorant  səviyyəsi üzrə təhsil alır.

 


 Günel ƏZİZOVA, London İmperial Kollecinin tələbəsi 

1993-cü il martın 19-da  Lerik rayonunun Çayrud kəndində anadan olub.  Orta təhsilini Bakıdakı 117 nömrəli tam  orta məktəbdə alıb.  2010-cu ildə Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə (ingilisdilli) qəbul olub.  2014-cü ildə  Mövlana Mübadilə Proqramının təqaüdçüsü olaraq  təhsilini  Türkiyənin İstanbul Texniki Universitetində davam etdirmək şansı qazanıb. 2015-ci ildə Qafqaz Universitetinin kimya mühəndisliyi bölümünü  fərqlənmə ilə bitirib.  Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın  London İmperial Kollecində kimya mühəndisliyi ixtisası üzrə  magistr təhsili alır.

 


Toğrul KƏRİMOV, Oksford  Universitetinin tələbəsi  

1998-ci ildə Zaqatala şəhərində anadan olub. 2008-2013-cü illərdə Nəsimi rayonundakı   Texniki-Humanitar Liseydə, 2013-2015-ci illərdə Xəzər Universitetinin Dünya Məktəbində təhsil alıb.  2015-ci ildə bu məktəbi qızıl medalla bitirib.  Dünya Məktəbinin  Beynəlxalq Bakalavriat Diplom Proqramından (İnternational Baccalaureate Diploma Programme)  məzun olub. Hazırda  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  Böyük  Britaniyanın  Oksford Universitetində kompüter  elmləri ixtisası üzrə  bakalavr  təhsili alır.

 


Cahangir MƏMMƏDOV, Oksford Universitetinin magistri  

1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı Özəl Türk Liseyini bitirib. 2014-cü  ildə  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində kompüter elmləri üzrə  Böyük  Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları üzrə magistr təhsilini başa vurmaqdadır.

 

Böyütmək üçün seçin Böyütmək üçün seçin

 Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov