Dekabrın 16-da “Ankara məktəbi” məktəb-liseydə
Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə
görüş keçirilib. Qeyd edək ki, 27 noyabr 2015-ci il
tarixində Akademik Milli Dram Teatrının səhnəsində
yazıçı Əli Əmirlinin “Şah Qacar” tamaşası nümayiş
etdirilib və “Ankara məktəbi” məktəb-liseyin müəllim və
şagirdləri də həmin tamaşaya baxıblar.
Tədbirdə yazıçı - dramaturq Əli Əmirli,
aktyorlardan Laləzar Mustafayeva, Elşən Rüstəmov, Ayşad
Məmmədov, məktəb-liseyin müəllim və şagirdləri, Təhsil
Nazirliyinin əməkdaşı Hüseyn Mirzəyev iştirak
ediblər.
Görüşdə çıxış edən Əli Əmirli belə tədbirlərin
çox əhəmiyyətli olduğunu və şagirdlərin intellektual
inkişafına müsbət təsir edəcəyini bildirib.
Sonra liseyin VIII sinif şagirdi Yasin Quliyevin
mövzu ilə bağlı hazırladığı təqdimat dinlənilib.
Şagirdlərdən Fərid Əliyev, Həsən Həsənli, Şəms
Məmmədzadə tərəfindən göstərilən səhnəcik daha
yaddaqalan olub. |