Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

“Açıq qapı” günü layihəsi davam edir

 

Böyütmək üçün seçinArtıq bir neçə gündür ki, Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günü layihəsi davam edir.

“Açıq qapı” günündə paytaxtın müxtəlif  rayonları üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin, məktəb nümayəndələrinin, ekspertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb.  Eyni zamanda “Açıq qapı” günündə  biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə “Açıq dərs”lər keçirilib.

Qeyd edək ki,  “Açıq qapı” günlərində iştirak etmək istəyən müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri üçün də şərait yaradılır. Bakının 12 rayonu üzrə keçirilən “Açıq qapı” günlərində baş tutan müxtəlif sessiyalarda və “Açıq dərs”lərdə iştirak etmək istəyən şəxslər gulshen.huseynli@bakuedu.gov.az e-mail ünvanına müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, paytaxtın Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai, Yasamal və Nizami rayonları üzrə “Açıq qapı” günləri artıq başa çatıb.

Layihə  dekabrın 22-dək  paytaxtın digər rayonlarında davam edəcək. 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov