Bakıdakı 55 nömrəli tam orta məktəbdə Cəmşid
Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar yuxarı
sinif şagirdlərinin iştirakı ilə “dəyirmi masa”
keçirilib. “Dəyirmi masa”da şagirdlər generalın həyatı və hərbi fəaliyyəti
haqqında fikir mübadiləsi aparıblar. Şagirdlərimiz
general Cəmşid Naxçıvanskinin fəaliyyəti haqqında
referatlar hazırlayıb, həyatı və hərbi fəaliyyətinə həsr
olunmuş fotostendlərin rəsm sərgisini təşkil ediblər.
Məktəbin müəllimi Fərqanə Hüseynova X və XI
siniflərdə hərbi dərsini Cəmşid Naxçıvanskinin 120 illik
yubileyinə həsr edib.
“Dəyirmi masa”da qeyd olunub ki, ulu öndər Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
görkəmli sərkərdələrimizin yubileylərinin keçirilməsinə
xüsusi önəm vermişdir. Ulu öndərin uzaqgörən siyasəti
nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi
məktəbin açılması da Azərbaycanda yüksək hərbçilərin
yetişdirilməsinə diqqətindən irəli gəlmişdir.
Sonra X a sinfində “Generalın ömür yolu”
mövzusunda təşkilat saatında söhbətlər aparılıb.
Məktəbin foyesində hazırlanmış sərgi ətrafında bununla
bağlı yığıncaq keçirilib. Məktəbin direktoru Alı
Məmmədov Azərbaycanın generalları haqqında geniş söz
açıb və Cəmşid Naxçıvanskinin xidmətlərini bir daha
vurğulayıb.
Mətanət ƏSGƏROVA,
Bakı şəhəri 55 nömrəli tam orta məktəbin tərbiyə işləri
üzrə direktor müavini |