Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

“Naxçıvan” Universitetində elmi-nəzəri konfrans

 

Böyütmək üçün seçin“Naxçıvan” Universitetinin pedaqoji fakültəsinin pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Təhsilin müasir problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq “Ali təhsildə kredit sisteminin problemləri” mövzusunda çıxış edib.

Konfransda pedaqogika və psixologiya kafedrasının müəllimləri Aytən Məmmədovanın, Nubar Səfərlinin  və Təranə Əliyevanın mövzu ilə bağlı çıxışları dinlənilib. Bildirilib ki, təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla onun siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar, imzalanan sərəncam və fərmanlar müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Məqsəd isə ölkədə keyfiyyətli təhsil sisteminin qurulması və onun müsbət nəticələrinin reallaşdırılmasından ibarətdir.  O da vurğulanıb ki, ölkənin bütün sahələrində olduğu kimi, təhsil sferasında da inkişaf prosesi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müşahidə olunmağa başladı. Ümummilli liderin “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” məntiqi fikri bu sferanın əsaslı inkişaf etdirilməsi üçün baza rolunu oynadı. Bütün bunlarla yanaşı, müasir təhsil sistemində təkzibolunmaz inkişafla bərabər həlli mümkün olan problemlər də mövcuddur. Lakin müasir təhsil gündən-günə inkişafa doğru istiqamət aldıqca yeniləşmə tələb edən bu sahədə problemlərin olması labüddür. Çünki dünya çərçivəsində elmi-texniki tərəqqi inkişaf etdikcə,  müasir təhsil sisteminin də bu sahə ilə ayaqlaşmasına ehtiyac duyulur. Bu səbəbdən, sivilizasiya  arzusunda olan cəmiyyət dövlətlə birgə təhsil sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində çalışmalı, qarşıya qoyulan problemləri həll etməyə səy göstərməlidir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov