Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

2015-ci ilin Nobel mükafatları sahiblərinə təqdim olundu

 

Dekabrın 10-da 2015-ci ilin Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib.  Mərasim 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub. İlk olaraq Norveçin paytaxtı Osloda 2015-ci ilin Sülh mükafatları sahiblərinə təqdim olunub.  Mükafat İsveç kralı V Haraldın iştirakı ilə “Tunis milli dialoq Kvarteti” təşkilatının fəallarına verilib.

İsveçin paytaxtı Stokholmda isə  fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatların təqdim edilməsi mərasimi olub.  Builki 11 Nobel mükafatı laureatından 10-u Stokholm Filarmoniyasında keçirilən mərasimdə İsveç Kralı XVI Karl Qustavın əlindən üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatlarını alıblar. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da verilib. Sonda Nobel mükafatı laureatları və qonaqları üçün rəsmi bayram ziyafəti təşkil olunub.

Xatırladaq ki, fizika sahəsində 2015-ci ilin Nobel mükafatı neytrinonun kütləsinin mövcud olmasını təsdiq edən neytrino ossilyasiyalarının kəşfinə görə iki alimə - yaponiyalı Takaaki Kodzitaya və kanadalı Artur Makdonalda, kimya üzrə Nobel mükafatı müvafiq olaraq üç alimə - britaniyalı Tomas Lindal, Pol Modriç və əslən türkiyəli olan amerikalı alim, ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru  Əziz Səncərə verilib. Tibb sahəsi üzrə Nobel mükafatlarına amerikalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli qadın Yuyu Tu layiq görülüblər. Ədəbiyyat sahəsində Nobel mükafatına isə görkəmli əsərlərinə görə Belarus yazıçısı Svetlana Aleksiyeviç layiq görülüb. İqtisadiyyat üzrə Nobel mükafatı mikroiqtisadi proseslərin və istehlakçıların davranışı sahəsində tədqiqatlara görə britaniyalı alim Enqus Ditona verilib. Qeyd edək ki, 2015-ci ildə də Nobel mükafatı laureatlarının pul mükafatı formal olaraq dəyişməyib və əvvəlki iki ildə olduğu kimi yenə də 8 milyon İsveç kronu təşkil edib.  

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov