İngiltərənin
turizm sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə
aparıcı qurumlarından olan “People 1st” təşkilatının
icraçı direktoru Ceyn Reksvorsi Azərbaycana ikigünlük
səfəri çərçivəsində Təhsil Problemləri İnstitutunda (TPİ)
olub.
İnstitutdan bildiriblər ki, görüşdə TPİ-nin direktoru,
hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov rəhbərlik
etdiyi qurum barədə qonağa məlumat verib.
Daha sonra “Mehmanxana inzibatçısı ixtisası üzrə
kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə
proqramı” adlı pilot layihənin bir sıra detalları
müzakirə edilib.
AZƏRTAC |