Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin NEXT STEP İnnovasiya Mərkəzi 2-ci “Öz
ideyanı gerçəkləşdir” layihə müsabiqəsinin final turunu
keçirib. Tədbir universitetin akt zalında baş tutub.
Final turunda seçilmiş olan layihələrin təqdimatları
edilib.
İngilis dilində olan təqdimatda ardıcıl olaraq 31 layihə
dinlənilib. Tədbirdə universitetin rektoru, professor
Mustafa Babanlı, NEXT STEP İnnovasiya Mərkəzinin
layihələrinin təsisçiləri, eləcə də ADNSU-nun NEXT STEP
rəsmisi Kamran İmaməliyev və Kaliforniya Berkli
Universitetinin professoru Naeem Zafar iştirak edib,
layihələri dəyərləndiriblər.
Mətbuat xidməti |