Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Lənkəran Dövlət Universitetində konfrans

 

Böyütmək üçün seçinLənkəran Dövlət Universitetində Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri, general-leytenant Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr edilmiş konfrans keçirilib. Konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq Səməd bəy Mehmandarovun Azərbaycanın hərb salnaməsinə unudulmaz səhifələr yazdığını, özünün sərkərdəlik məharəti və şücaəti ilə böyük həyat yolu keçdiyini bildirib.

Universitetin tarix və fəlsəfə kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Əliağa Baxşıyev general Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti haqqında məruzə edib. Məruzədə qeyd olunub ki, Səməd bəy Mehmandarov  ilk təhsilini Lənkəranda atası Sadıqbəyin maddi yardımı ilə fəaliyyət göstərən Mirzə İsmayıl Qasirin “Üsuli-cədid” məktəbində, sonra isə Bakıda gimnaziyada alıb.

Dil və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mirhüseyn Abbas, mülki müdafiə və tibbi biliklər kafedrasının müəllimi Arif Məmmədov, tələbələrdən Pərviz Yadigaroğlu, Rəşad Paşayev, universitetin mətbuat və informasiya xidmətinin rəhbəri Hacı Etibar Əhədov Səməd bəy Mehmandarovun xatirəsinin  Lənkəranda  da əziz tutulduğunu bildiriblər. Qeyd olunub ki, qəhrəmanın adını əbədiləşdirmək məqsədilə Lənkəranda küçələrdən birinə onun adı verilib, vaxtı ilə yaşamış olduğu binaya xatirə lövhəsi vurulub.

Sonra konfrans işirakçıları universitetin Elmi kitabxanasında general Səməd bəy Mehmandarovun 160 illiyinə həsr edilmiş guşəyə baxıblar.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Mətbuat və informasiya xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov