Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Təhsil Problemləri İnstitutunda Respublika elmi konfransı keçirilib

 

Böyütmək üçün seçinDekabrın 16-da  “Holiday İnn” mehmanxanasında Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Təhsil Problemləri İnstitutunun hazırladığı dövri və yeni nəşrlərdən ibarət  kitab sərgisi ilə tanış olublar.

Konfransı Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru  Qulu Novruzov açaraq tədbirin məramından danışıb. Bildirib ki, tədbirin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na  uyğun olaraq pedaqoji elmlərin vəzifələrinin müəyyənləşdirilməsi, respublikada səriştə əsaslı, nəticəyönümlü yeni təhsil məzmununun yaradılması məsələlərinin reallaşdırılması üçün konkret təkliflərin hazırlanmasıdır. XXI əsrin dünyada  təhsil əsri kimi dəyərləndirildiyini  söyləyən Q.Novruzov bu dövrün ən başlıca tələblərindən birinin  cəmiyyətin inkişafını stimullaşdıran müasir təhsil mexanizmlərinin qurulmasından və onun bütövlükdə insan, vətəndaş şəxsiyyətinin formalaşdırılmasına yönəldən inkişafyönümlü təhsil mühitinin yaradılmasından ibarət  olduğunu deyib. Son illər ölkəmizdə bununla bağlı həyata keçirilən tədbirlərdən, təhsil islahatlarından danışan institutun direktoru hazırda da davam etməkdə olan bu işlərin əsasında geniş miqyasda öyrənilən milli və beynəlxalq təcrübənin dayandığını bildirib. Qulu Novruzov “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında  öz əksini tapan bir sıra müddəalardan, həmçinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflərdən danışıb.

Böyütmək üçün seçinTəhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları salamlayaraq onları bu  konfransda görməyindən məmnunluq hissi keçirdiyini bildirib. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli  lider Heydər Əliyevin hər zaman təhsilə, elmə xüsusi diqqət və qayğı göstərməsindən danışan nazir müavini hazırda onun layiqli davamçısı ölkə başçısı  İlham Əliyev tərəfindən də bu məsələlərə yüksək həssaslıqla yanaşıldığını qeyd edib. Bildirilib ki, artıq təhsil müəssisələrində əlverişli təlim mühiti formalaşıb, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atılır. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi, müasir cəmiyyətdə təhsilin vacib komponentinə çevrilən  İKT ilə təmin olunması istiqamətində görülən işləri təqdirəlayiq hal kimi dəyərləndirən nazir müavini müəllimlik peşəsi ilə bağlı mühüm məqamlara da toxunub.Bu müqəddəs peşə sahiblərinə  xas olan əsas keyfiyyətlərdən söz açan  Firudin Qurbanov  müəllimlərimizdə  hər bir  şagirdə qarşı  xüsusi və  fərdi yanaşma tərzinin olmasının vacibliyinə diqqət çəkib, müəllimlərə, ümumtəhsil müəssisələrinin rəhbərlərinə  bununla bağlı müəyyən tövsiyələrini verib.

Ölkənin təhsil sistemində həyata keçirilən tədbirlərin, tətbiq olunan yeniliklərin son nəticədə təhsilimizin inkişafına xidmət etdiyini deyən nazir müavini Firudin Qurbanov təhsilin keyfiyyətinə təsir göstərən bir sıra həlli vacib məsələləri təhsil işçilərinin diqqətinə çatdırıb, bəzi məqamlara aydınlıq gətirib.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Milli Məclisin  Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik  Fondunun icraçı direktoru Oktay  Səməov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun rektoru Asəf Zamanov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç  çıxış edərək  son illər ölkə təhsilinin uğurla inkişaf etdiyini, bu sahədə müsbət nəticələrin əldə olunduğunu söyləyiblər. Çıxış edənlər Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələrdən danışıblar, öz fikir və təkliflərini bildiriblər.

Sonra respublika elmi konfransı öz işini bölmə iclaslarında davam etdirib.

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”
Fotolar Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov