Dekabrın
14-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb
Universitetinin Bakı filialının rektoru vəzifəsinə təyin
edilmiş Əziz Cəmil oğlu Əliyev bu təhsil müəssisəsinin
kollektivinə təqdim olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, İ.M.Seçenov
adına I Moskva Dövlət Tibb Universitetinin birinci
prorektoru Andrey Svistunov, təhsil müəssisəsinin
pedaqoji kollektivi və tələbələr iştirak edib.
Təhsil naziri Əziz Əliyevin İ.M.Seçenov adına I Moskva
Dövlət Tibb Universitetinin Bakı filialının rektoru
təyin olunması ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və
yeni rektora fəaliyyətində uğurlar arzu edib.
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin
birinci prorektoru Andrey Svistunov Əziz Əliyevin bu ali
məktəbin Bakı filialının rektoru təyin olunması
münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar
arzulayıb.
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin
Bakı filialının rektoru Əziz Əliyev ona göstərilən
etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib
və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə
yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.
Əziz
Cəmil oğlu Əliyev 1991-ci ildə Azərbaycan Tibb
Universitetinin müalicə-profilaktika işi fakültəsinə
daxil olub və 1992-1999-cu illərdə təhsilini ABŞ-ın
Nyu-York Universitetində davam etdirib. 1999-2002-ci
illərdə ABŞ-ın Pitsburq Tibb Universitetinin
rezidenturasında oxuyub. Həmin ölkədə müdafiə edərək
2003-cü ildə tibb elmləri namizədi, 2008-ci ildə isə
tibb elmləri doktoru alimlik dərəcələrini alıb,
professordur.
www.edu.gov.az |