Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Sumqayıtda ənənəvi cüdo turniri başa çatıb

 

Sumqayıt Olimpiya İdman Kompleksində 11-13 yaşlı yeniyetmələr arasında cüdo üzrə ənənəvi turnir keçirilib. Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən yarışda 382 idmançı mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində qeyd olunub ki, dünyaya səs salan “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizin beynəlxalq idman arenasında mövqeyini və yerini daha da möhkəmləndirib. Sumqayıtın 5 idmançısı 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Sonra yarışlara start verilib. Turnirdə Sumqayıt idmançıları ilə yanaşı, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Quba, Yevlax, Xaçmaz, Şamaxı, Şabran, Qəbələ, İsmayıllı, Göyçay, Abşeron və Ağcabədi komandaları da iştirak ediblər. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda ulu öndərə həsr edilən mahnılar səsləndirilib, bədii gimnastların nümunəvi çıxışları nümayiş olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov