Dekabrın
8-də “ABU Arena”da “Olimpiya hərəkatı” proqramı
çərçivəsində badminton idman növü üzrə Nərimanov rayon
birinciliyi keçirilib.
“Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya
Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı
olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir.
Proqramın əsas məqsədi “Bakı-2015” birinci Avropa
Oyunlarının sosial və idman irsini davam etdirməkdən
ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül
atletika, veloidman, basketbol (3x3) və badminton idman
növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına
cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin,
olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur. Milli
Olimpiya Komitəsinin Marketinq şöbəsinin rəhbəri Mehman
Kərimov “Olimpiya hərəkatı” proqramı haqqında ətraflı
məlumat verib. O, rayon birinciliyinə vəsiqə qazanmış
məktəb komandalarını təbrik edib və onlara uğurlar
arzulayıb.
Bundan sonra yarışa start verilib. 22 məktəbi təmsil
edən 100 nəfərdən artıq qız və oğlan şəxsi, eləcə də
qarışıq-qoşa formatda güclərini sınayıblar. Yarışlar
komandalar arasında olimpiya sistemi üzrə keçirilib.
Yarışın ümumi nəticələrinə görə, I yeri 212, II yeri
258, III yeri isə 45 nömrəli ümumi təhsil məktəblərinin
komandaları tutaraq, final mərhələsinə vəsiqə
qazanıblar.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və kuboklar
təqdim olunub.
www.edu.gov.az |