Azərbaycan dili fənni
V sinif
Mövzu:
Rəmzə çevrilmiş adlar (2-ci dərs)
Standart:
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə
əsaslandırır.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında
mətn hazırlayır.
Təlim məqsədləri:
1. Müsbət və mənfi ədəbi qəhrəmanları fərqləndirir,
fikrini izah edir.
2. Dinlədiyi mətnin əsas ideyasını müəyyən edir.
3. Dil qaydalarını praktik olaraq yerinə yetirir.
İş üsulları:
Beyin həmləsi, müzakirə.
İş forması:
Böyük qruplarla iş, kollektivlə iş.
İnteqrasiya:
Ədəbiyyat, təsviri incəsənət, texnologiya.
Resurslar:
İKT, dərslik, iş vərəqləri, illüstrasiyalar,
kompozisiyalar, qiymətləndirmə cədvəli, marker,
krossvord.
Dərsin gedişi:
Salamlaşma, sinfin təşkili. Ev tapşırıqlarının
yoxlanması.
Keçən dərsdə verilmiş ev tapşırığı layihə şəklindədir.
Belə layihələrin hazırlanması şagirdlərin tədqiqat
vərdişlərinin, biliklərə müstəqil yiyələnmə
bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Motivasiya:
Motivasiya yaratmaq üçün lövhədə 3 atalar sözü nümayiş
etdirirəm:
* Kişi öz sözünün ağası olar.
* Dövlətlinin dili uzun, əli qısa olar.
* Evdə bişməyib, qonşudan gəlməyib!
Sonra sinfə aşağıdakı suallarla müraciət edirəm:
- Usaqlar, bu atalar sözlərini sizə tanış olan hansı
ədəbi qəhrəmanlara aid etmək olar?
- Onlar hansı əsərlərin personajlarıdır?
- Onları birləşdirən cəhət nədir?
- Bu obrazların hər biri nəyin rəmzinə çevrilib və s.
Şagirdlərin ehtimal olunan cavabları:
- Birinci atalar sözü Qurbanəli bəyə, ikinci atalar sözü
Haci Qaraya, üçüncu isə Novruzəliyə aid edilə bilər.
- Bu personajların hər birinin adı rəmzə çevrilib.
- Novruzəli avamlığın, Hazı Qara xəsisliyin, Qurbanəli
bəy isə yalançılığın rəmzidir.
Şagirdlərin cavablarından sonra tədqiqat sualı qoyulur:
Tədqiqat sualı:
- Daha hansı rəmzə çevrilmiş adları tanıyırsınız?
Tədqiqat aparmaq üçün sinif “Hacı Qara”, “Qurbanəli
bəy”, “Novruzəli” adlı qruplara ayrılır. Qruplara
aşağıdakı məzmunda iş vərəqləri paylanır:
İş vərəqi 1.
1. “Rəmzə çevrilmiş adlar” mətnində işlənmiş frazeoloji
birləşmələri seçib yazin.
2. Frazeoloji birləşmələr haqqında danışın.
İş vərəqi 2.
1. “Rəmzə çevrilmiş adlar” mətnindəki ədəbi
qəhrəmanların əsas xüsusiyyətlərini yazın. Həmin sözlərə
sinonim tapın.
3. Sinonimlər haqqında danışın.
İş vərəqi 3.
1. “Rəmzə çevrilmiş adlar” mətnindəki ədəbi
qəhrəmanların əsas xüsusiyyətlərini yazin. Həmin sözlərə
antonimlər yazın.
3. Antonimlər haqqında danışın.
Sonra qruplara aşağıdakı tapşırıqlar verilir:
“Hacı Qara” qrupu:
Heyvanlar haqqında oxuduğunuz əsərlərdə və baxdığınız
filmlərdə yaddaqalan heyvan obrazlarını səciyyələndirin.
“Qurbanəli bəy” qrupu:
Oxuduğunuz nağıllar və ya baxdığınız cizgi filmləri
əsasında müsbət keyfiyyətlərin daşıyıcısı olan obrazları
seçib səciyyələndirin.
“Novruzəli” qrupu:
Oxuduğunuz nağıllar və ya baxdığınız cizgi filmləri
əsasında mənfi keyfiyyətlərin daşıyıcısı olan obrazları
seçib səciyyələndirin.
İnformasiya mübadiləsi və müzakirəsi:
Tədqiqat tamamlandıqdan sonra qruplar əldə etdiyi
faktları təqdim edirlər. Bütün şagirdlər problemlə
bağlı aparılmış tədqiqatlarla tanış olurlar. Sonra
tədqimatlar müzakirə edilir və əvvəlcədən müəyyən
edilmiş meyarlara əsasən qiymətləndirmə aparılır.
Sonra sinifdə krossvord üzərində iş aparılır. Krossvordu
təqdim edib şagirdlərə deyirəm:
- Krossvordu həll etsəniz, rəngli xanalarda fədakarlığın
rəmzinə çevrilmiş yunan qəhrəmanının adını
öyrənəcəksiniz.
Krossvord:
1. Hər hansı bir iş uğrunda sonacan çalışıb-vuruşan.
2. Xoşxasiyyət, nəvazişli.
3. Tapşırıqlara laqeyd yanaşan, işi səliqəsiz görən,
diqqətsiz.
4. Başqasının uğurunu gözü götürməyən, yaxşı olmasını
istəməyən.
5. Hər şeydən çəkinən cəsarətsiz.
6. Etdiyi yaxşılığı dilə gətirməyən, heç vaxt
lovğalanmayan.
7. İş görmək istəməyən, zəhmətdən qaçan.
8. Doğru danışmayan, hamını aldadan.
Şagirdlər krossvordu həll edib “Prometey” sözünü
oxuyurlar. Əgər bu obraz şagirdlərə tanış deyilsə, qısa
məlumat verirəm:
- Prometey yunan əsatirlərindən birinin qəhrəmanıdır. O,
insanları çox sevdiyi üçün allahlardan odu oğurlayıb
insanlara bəxş edir. Bununla da fədakarlıq rəmzinə
çevrilir.
Krossvordun birinci sualına diqqəti yönəldir və əlavə
sual verməklə iş aparıram:
- “Mübariz” sözü sizə kimi xatırladır?
- M.İbrahimov haqqında nə bilirsiniz?
- Onu da fədakar hesab edirsinizmi? və s.
Digər mənəvi keyfiyyətlərlə bağlı sual-cavabla işi davam
etdirirəm.
Ümumiləşdirmə və nəticə:
Yenidən diqqət tədqiqat sualına yönəldilir. Aşağıdakı
sualları verirəm:
- Bu gün yeni nə öyrəndiniz?
- Hansı rəmzə çevrilmiş adlarla tanış oldunuz?
- Dərs prosesində ən çox xoşunuza gələn nə oldu?
- Sadaladığınız ədəbi qəhrəmanlardan hansına bənzəmək
istərdiniz?
- Nə üçün mənfi qəhrəmanlara oxşamaq istəməzdiniz? və s.
Sonra aşağıdakı şərhlə mövzunu bu günümüzlə
əlaqələndirirəm:
- Uşaqlar, Novruzəli avam və savadsiz idi, məktəbə
getməmişdi. Bu gun isə təhsilə böyük dövlət qayğısı var.
Sizin yaxşı oxumağınız üçün dövlətimiz yeni məktəblər
tikir, sizi dərsliklə təmin edir. Elə oxuduğunuz məktəb
də Prezidentimiz cənab İlham Əliyevin bizə hədiyyəsidir.
Bu qayğının müqabilində yaxşı oxuyun, vətənpərvər olun,
müəllimlərinizi sevindirin.
Dərsin bu mərhələsində şagirdlər “Rəmzə çevrilmiş adlar”
mətnində adı çəkilən “Poçt qutusu”, “Qurbanəli bəy” və
“Hacı Qara” əsərlərindən kiçik epizodları
səhnələşdirərək nümayiş etdirirlər.
Qrup işlərinin qiymətləndirilməsi üçün meyar cədvəlindən
istifadə edirəm:
Şagirdlərin dərs ərzində işini səviyyələr üzrə
fərdi qaydada da qiymətləndirirəm.
İlhamə SULTANOVA,
Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi |