Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Elm xəbərləri

 

“Eko Core” adlı rəqəmli stetoskop 

Adi stetoskopa xüsusi adapter qoşduqdan sonra ürək döyüntüsünün ritmi “bulud” saxlancına göndərilir və bundan sonra onu smartfona yükləmək mümkün olur. Smartfona quraşdırılmış mobil proqram bu ritmi təhlil edərək onu əvvəlki ritmlərlə müqayisəli şəkildə pasiyentdə ürək anomaliyalarını aşkar etməyə kömək edəcək.

İndi qurğu San-Fransiskoda yerləşən Kaliforniya Universitetində sınaqdan keçirilir. Həkimlərin sözlərinə görə, “Eko Core” analizin dəqiqliyini yüksəldəcək və exokardioqrafiya kimi bəzi bahalı testləri əvəz edəcək.


Əhvali-ruhiyyəni təyin edən treker 

“Sproutling” şirkəti öz yeni məhsulu ilə hər bir valideynin “Övladım necədir” sualını cavablandırmağa çalışıb. Fitnes-trekeri xatırladan  qurğu uşağın ürək ritmlərini, bədəninin hərarətini  və digər məlumatları qeydə alır, həyəcan üçün əsas olduqda isə bu haqda valideynlərə smartfon vasitəsilə xəbər ötürür.

Layihənin məqsədi uşağın davranışı və əhvalı haqqında daha çox informasiya verməkdir.


Havanın çirklənməsini müəyyən edən detektor 

“Tzoa” detektoru havadakı çirklənmələri və allergenləri təyin edir. Stasionar qurğu havanın hərarətini, bərk cisimlərin (toz, tozcuq, kif, işlənmiş qaz) sayını, günəş radiasiyası axınının sıxlığını ölçərək havanın analizini həyata keçirə biləcək müəssisəyə “bulud” vasitəsilə məlumatları ötürür.


Masaüstü DNT laboratoriya 

DNT (dezoksiribonuklein turşusu) zəncirinin tədqiqi və onun digərləri ilə müqayisəsi bir gün vaxt ala bilər. Masaüstü “Juno” DNT laboratoriyası sayəsində isə bu prosesə cəmi 3 saat vaxt sərf olunur.

“Fluidigm” mikroçipi su damcısından 1000 dəfə kiçik nümunəni tədqiq etmək qabiliyyətinə malikdir. Qurğunun dəyəri 120 min dollardır və artıq elmi-tədqiqat laboratoriyalarında istifadə olunur.


Virtual fırça 

Bu gün hamının istifadə etdiyi karandaş təxminən 450 il əvvəl ixtira edilib. Karandaş istənilən bucaq altında yaza bilir və onun çalarlarının fərqliliyi sıxma gücündən asılıdır. Eyni funksionallığı rəqəmli formatda reallaşdırmaq çətin məsələ idi. Məhz bu səbəbdən “Apple Pencil” başqa stiluslardan fərqlənir.

Sözügedən qurğu  ekran üzərində yazmağa və çəkməyə imkan yaradır. “Apple Pencil” stilusunun ixtirası şəkil, animasiya və çertyojları yeni üsulla yaratmağa kömək edəcək.


Balacaların həmsöhbəti olacaq oyuncaqlar 

Yaxın gələcəkdə uşaq mağazalarında balacaların suallarına cavab verəcək və onlarla müxtəlif mövzularda söhbət edə biləcək “intellektual” oyuncaqlar peyda olacaq. Bunun üçün IBM şirkətinin “Watson” superkompüterinin süni intellekt sisteminin yaratdığı imkanlardan istifadə ediləcək.

Bu cür oyuncaqlar 5-9 yaş həddində olan uşaqlar üçün nəzərdə tutulub. Oyuncaq  məsələn, “Yer kürəsindən Aya qədər olan məsafə nə qədərdir” kimi sadə suallara cavab verəcək.

Hər bir oyuncaq öz sahibini tanıyacaq, onun maraq dairəsinə bələd olacaq, uşağın yaşı və intellektinin artması ilə o da, öz növbəsində, bilik səviyyəsini artıracaq.

 www.ikt.az saytının materialları
əsasında hazırladı: Yusif ƏLİYEV, 
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov