Bakıdakı 61 nömrəli tam orta məktəbdə metodiki işlərə
geniş yer verilir.
Məktəbin direktoru Zenfira Şıxəliyeva bildirir ki,
metodiki iş “Təlim və tərbiyə metodlarını həyatın
tələblərinə müvafiq quraq “ və “Yaradıcılıqla işləyən
müəllimdən yaradıcılıqla işləyən kollektivə” devizləri
altında aparılır. Təhsil ocağında metodiki iş dərsin
təkmilləşdirilməsinə, proqram materiallarının şagirdlər
tərəfindən dərindən mənimsənilməsinə kömək etməklə
bərabər, həm də müəllimlərin vaxtaşırı fikir mübadiləsi
aparmasına geniş meydan açılmasına şərait yaradır.
Hazırda məktəbdə ayrı-ayrı fənlər üzrə
metodbirləşmə sədrləri tərəfindən “açıq dərs” lərin
təşkili və ya aktual məsələlərlə bağlı qabaqcıl
müəllimlərin çıxışı, seminar və konfransların
keçirilməsi planlaşdırılır.
Pedaqoji kollektiv çalışır ki, məktəbdə metodiki
işin təşkili yeni işə başlayan gənc müəllimlər üçün
daha faydalı olsun.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” |