Bakının Səbail rayonundakı 51 nömrəli məktəbdə ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım
mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının
Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin
direktoru Lətafət Səmədova mərasimi açaraq bildirdi ki,
bu günlər hər yerdə ulu öndər Heydər Əliyevin xatirəsi
hörmət və ehtiramla yad edilir. Ümummilli lider
Azərbaycanın ən çətin günlərində yenidən hakimiyyətə
qayıdaraq ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi.
Məktəbdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən
stend hazırlanmış, bütün siniflərdə anım mərasimləri
keçirilmişdir. Vurğulandı ki, iqtisadiyyatımızın bütün
sahələrinin, o cümlədən təhsilimizin bugünkü inkişafına,
əldə edilən uğurlara görə məhz Heydər Əliyevə borcluyuq.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev
ideyalarını, onun müəyyən etdiyi siyasi xətti uğurla
davam və inkişaf etdirir.
Çıxışının sonunda məktəbin direktoru 2 a sinfinin
rəhbəri Səkinə İbadovaya, tədbirin yüksək səviyyədə
keçirilməsində zəhməti olan bütün pedaqoji kollektivə,
valideynlərə təşəkkürünü bildirdi.
Sonra 1a sinfinin rəhbəri Səkinə İbadovanın hazırladığı
ədəbi-bədii kompozisiya təqdim olundu. Şagirdlərdən
Yaqub, İsmayıl, Emil, Nərgiz, Rüstəm, Tural və başqaları
dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz
rol oynayan, Azərbaycanı dünyanın inkişaf etmiş
ölkələri sırasına çıxarmış dahi rəhbərimiz Heydər
Əliyevə həsr edilən şeirlər söylədilər, mahnılar
oxudular.
Qabil YUSİFOĞLU |