Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

 

 Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Ədalət Camalova açaraq bildirib ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanda deyil, həm də bütün türk dünyasında  sevilir və yad edilir. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. Şairin milli azadlıq hərəkatının öncüllərindən olduğunu deyən direktor onun ana dili uğrunda apardığı mübarizədən də söz açıb və B.Vahabzadəni istiqlal şairi adlandırıb.

Digər çıxış edənlər  vurğulayıblar ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.

Yubiley tədbirində şairin şeirləri səsləndirilib, tamaşalarından parçalar nümayiş etdirilib. Məktəbin Azərbaycan dili müəllimi Sevda Novruzovanın hazırladığı tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. Eyni zamanda, Bəxtiyar Vahabzadə ilə bağlı videoçarx nümayiş etdirilib. Sonda xalq şairinin sözlərinə bəstələnmiş mahnılar şagirdlər tərəfindən ifa olunub. 

Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov