Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Bakı Humanitar Kollecində anım tədbiri keçirilib

 

Böyütmək üçün seçinDekabrın 11-də Bakı Humanitar Kollecində ulu öndər Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.   Dövlət himni ifa olunduqdan sonra  tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan kollecin direktoru İlqar Mahmudov bildirib ki,  Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Heydər Əliyev Azərbaycanın böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Kollecin tələbələri ulu öndərə həsr olunmuş mahnılar və şeirlər ifa ediblər. Tədbirdə iştirak edən  xalq artistləri Niyaməddin Musayev, Gülyaz Məmmədova, əməkdar artist Zakir Əliyev, İlkin Əhmədov ulu öndərə həsr olunmuş mahnılar ifa ediblər və  qiraətçi, əməkdar artist Ağalar Bayramov Heydər Əliyev haqqında şeir söyləyib. 

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov