Dekabrın
11-də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki
“Tərəqqi” liseyində ulu öndər Heydər Əliyevin anım günü
münasibətilə tədbir keçirilib. Öncə qonaqlar liseyin
foyesində ulu öndər Heydər Əliyevin şəkli önünə gül
dəstələri qoyublar. Dövlət himni ifa olunduqdan sonra
ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri giriş sözü ilə liseyin direktoru, əməkdar
müəllim Məhbubə Məmmədova açaraq ümummilli lider Heydər
Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi
uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan
dövlətinin qurulması istiqamətində atdığı addımlardan
bəhs edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının
sədr müavini Məhəbbət İbrahimova, Nərimanov Rayon İcra
Hakimiyyəti başçısının müavini İradə Mahmudova və Təhsil
Nazirliyinin nümayəndəsi Hüseyn Mirzəyev çıxış edərək
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən,
xilaskarlıq missiyasından, xalqımız qarşısındakı
misilsiz xidmətlərindən və ulu öndərə sonsuz xalq
məhəbbətindən söz açıblar. |